Previous Next
Bağla

Ermənistanın təcavüzündən zərər çəkmiş jurnalistlərin məlumat bazası hazırlanır

21-02-2022 12:04
Ermənistanın təcavüzündən zərər çəkmiş jurnalistlərin məlumat bazası hazırlanır

Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş, həlak olmuş, xəsarət almış Azərbaycan jurnalistləri, köçkün düşmüş və ya fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış KİV qurumları barədə məlumat bazası hazırlanır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Ermənistanın təcavüzündən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində icra edilir.

Xeberler.az APA-ya istinadən məlumat verir ki, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, son 30 il müddətində Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti Azərbaycanda media sahəsinə da ciddi zərər yetirib: “1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 10-dan çox Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Bir o qədər jurnalist də fiziki xəsarətlər alıb, sağlamlığına zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş KİV qurumlarının redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Təəssüf ki, qeyd edilən sahədə məlumatlar dağınıqdır, konkret rəqəmlər yoxdur. Bu hadisələr barədə məlumatların toplanıldığı vahid, əlçatan mənbənin yaradılmasına, vahid məlumat bazasının formalaşdırılmasına ehtiyac var. İcra etdiyimiz layihənin məqsədi bu müstəvidə mövcud olan boşluğu aradan qaldırmaqdır”.

Müşfiq Ələsgərli əlavə edib ki, beş ay müddətində davam edəcək layihə çərçivəsində “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri və KİV qurumları barədə məlumatlar toplanılıb xarici dillərə tərcümə edildikdən sonra onlar layihə çərçivəsində hazırlanacaq saytda yerləşdiriləcəklər, beynəlxalq təşkilatlar üçün əlçatan olacaqlar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat mövzusunda seminar keçirilib

27-06-2019

Müdafiə Nazirliyi məlumat verib

13-09-2022

Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

21-09-2024

İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

19-06-2015

KİV-in İnkişafına Yardım Fondununa hələlik heç bir mətbuat orqanı layihə təqdim etməyib

10-07-2009

Diqlas yanğınındakı zərərçəkənlərə 3 milyon manat ayrıldı - Sərəncam

29-03-2019

Azərbaycan jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

10-11-2010

İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

20-05-2010

İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

08-06-2015

Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

04-04-2019

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

30-10-2020

KİV-in menecment problemlərinə həsr edilmiş tədbir keçirildi

23-10-2009

Dövlət orqanları və KİV arasında informasiya-kommunikasiya strategiyası hazırlanır

14-03-2009

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq keçirilib

04-11-2008

Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP-i nəzərə ala bilər

22-11-2025

"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

19-03-2022

İşğal olunmuş rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsi yaradılır

04-10-2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib

27-10-2008

Ermənistanın milli ödəniş sistemində nasazlıqlar yaranıb

25-08-2025

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009

Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb

27-10-2009

İnternet mediadan istifadədə milli dəyərlər təbliğ edilir

22-04-2015

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə