Previous Next
Bağla

SƏLIS-in təqdimat mərasimi keçirilib

30-10-2019 16:43
SƏLIS-in təqdimat mərasimi keçirilib

30 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi “SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi  keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev giriş sözü ilə çıxış edərək Şuranın fəaliyyətinin tamlıqla elektronlaşdırıldığını deyib və “SƏLİS” brendi haqqında ətraflı məlumat verib. Daha sonra “SƏLİS” haqqında filmə baxış keçirilib.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli HəsənovAzərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai çıxış edərək “SƏLİS”in vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiq olduğunu vurğulayıblar.

Şura Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər “SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələri  İdarəetmə Sistemi adı altında vahid elektron bazada birləşdirilib.

“SƏLİS”i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək,  ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018

Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

11-10-2019

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Yeni yaranan təhlükəsizlik saytının təqdimat mərasimi baş tutub

24-09-2019

İctimai Şura üzvləri Dövlət Agentliyinin sədri ilə görüşüb

13-07-2018

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

22-09-2009

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

01-05-2018

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

ASAN Xidmət-də yeni təyinat

19-03-2019

Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

02-06-2015

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

24-05-2018

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025

COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi

19-01-2024

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012

ASAN xidmət-in işçilərinin sayı artırılıb

17-04-2019

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

29-12-2025

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə