Previous Next
Bağla

İnformasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sektorlarında iqtisadi göstəricilər artır

26-10-2026 10:41
İnformasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sektorlarında iqtisadi göstəricilər artır

İKT sektoruna 9 ayda 377 milyon manat investisiya yönəldilib

Azərbaycanda informasiya–rabitə, nəqliyyat–anbar təsərrüfatı sektorları iqtisadiyyatın inkişafında mühüm yer tutur. Bu istiqamətlərdə fəaliyyətin genişlənməsi, xidmətlərə tələbatın artması və infrastrukturun yenilənməsi iqtisadi fəallığa müsbət təsir edir. Son dövrlərdə sektorlara cəlb olunan investisiyalar və gəlirlərdəki artım yeni inkişaf istiqamətlərinin formalaşdığını göstərir.

İnformasiya və rabitə sektoru rəqəmsal iqtisadiyyatın əsas dayaqlarındandır. Hazırkı dövrdə internetə, mobil rabitəyə və rəqəmsal xidmətlərə artan tələbat bu sektorun əhəmiyyətini daha da artırır. Həyata keçirilən layihələr xidmətlərin əlçatanlığına və sektorun iqtisadi imkanlarının genişlənməsinə şərait yaradır.

Görülən işlər nəticəsində 2026-cı ilin yanvar–sentyabr ayları ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1% artaraq 3 milyard 257 milyon 100 min manat olub. Nəticədə informasiya və rabitə sektorunun ÜDM-də payı 2%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 2,9%-ə yüksəlib.

İnformasiya və rabitə sektoruna qoyulan investisiyalar da yeni imkanların formalaşmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verir. Sektora yatırılan investisiyaların həcmi real ifadədə 57,3% artaraq 376 milyon 500 min manat təşkil edib.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda məhsul buraxılışı 13 milyard manata çatır

Nəqliyyat və anbar təsərrüfatı sektorunda da iqtisadi göstəricilər yüksəlir. Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını və tranzit imkanlarını genişləndirir. Nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsallaşma, yükdaşımaların səmərəliliyinin yüksəldilməsi, daşınma müddətinin azaldılması tranzit daşımaların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Bu ilin yanvar–sentyabr ayları ərzində sektorda yaradılan əlavə dəyərin həcmi 7 milyard 596 milyon manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10% çoxdur. Bununla da sektorun ÜDM-də payı 7,4%, qeyri-neft/qaz ÜDM-də payı isə 10,6%-ə çatıb.

Nəqliyyat və anbar sektorunda göstərilmiş xidmətlərin həcmində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, hesabat dövründə sektorun məhsul buraxılışı real ifadədə 10% artaraq 12 milyard 816 milyon 600 min manata yüksəlib.
 
Müqayisə dövrü ərzində sektora yatırılan investisiyalar 3 milyard 208 milyon 800 min manat təşkil edib ki, bu da real ifadədə 9,7% artım deməkdir.

İnformasiya–rabitə, nəqliyyat–anbar təsərrüfatı sektorlarında yeni layihələrin həyata keçirilməsi, texnoloji yeniliklərin tətbiqi və xidmət imkanlarının genişləndirilməsi gələcək inkişafa zəmin yaradır. Sözügedən sektorların inkişafı iqtisadiyyatın davamlı artımını dəstəkləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sahələrinin iqtisadiyyatda rolu güclənir

İnformasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sahələrinin iqtisadiyyatda rolu güclənir

29-09-2026
Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

09-04-2026
Azərbaycanda informasiya və rabitə sahəsində rekord artım qeydə alınıb

Azərbaycanda informasiya və rabitə sahəsində rekord artım qeydə alınıb

20-05-2026
Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

09-04-2026
Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010
İKT sektorunda orta aylıq əməkhaqqı 12 faizədək artıb

İKT sektorunda orta aylıq əməkhaqqı 12 faizədək artıb

26-10-2024
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

22-10-2015
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

23-10-2015
Bir ayda 134 milyon manata yaxın xidmət

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

18-06-2026
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

17-08-2026
Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

20-10-2009
İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025
İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu artırılıb

İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu artırılıb

20-02-2026
Qarabağda informasiya və rabitə sektorundan gəlirlər açıqlanıb

Qarabağda informasiya və rabitə sektorundan gəlirlər açıqlanıb

15-08-2025
İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

16-09-2015
İnformasiya və rabitə sahəsində orta aylıq əmək haqqı daha yüksək olub

İnformasiya və rabitə sahəsində orta aylıq əmək haqqı daha yüksək olub

14-06-2016
Azərbaycanda mobil rabitəyə 450 milyon manatdan çox vəsait xərclənib

Azərbaycanda mobil rabitəyə 450 milyon manatdan çox vəsait xərclənib

14-06-2023
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri  7,5 faiz artıb

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 7,5 faiz artıb

14-07-2026
Mobil operatorların illik gəlirləri açıqlanıb

Mobil operatorların illik gəlirləri açıqlanıb

21-01-2022
Ötən il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb

Ötən il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb

19-01-2026
İnformasiya və rabitə üzrə investisiya qoyuluşunun məbləği açıqlanıb

İnformasiya və rabitə üzrə investisiya qoyuluşunun məbləği açıqlanıb

15-12-2025
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 faizədək artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 faizədək artırıb

20-10-2026
İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 faizdən çox artıb

İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 faizdən çox artıb

15-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə