İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 faizdən çox artıb

15-09-2025 / 11:33

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 401,8 milyon manat təşkil edib.

Xeberler.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,5 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73,7 %-i isə əhali sektoruna aid olub.

Təkcə avqustda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 319 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə