Previous Next
Bağla

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 7,5 faiz artıb

14-07-2026 13:19
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri  7,5 faiz artıb

Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi, süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, elektron hökumət xidmətlərinin genişləndirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və yüksəkixtisaslı İKT kadrlarının hazırlanması istiqamətində mühüm proqramlar həyata keçirilir.

Xeberler.az məlumat verir ki, informasiya və rabitə sektoru hazırda qeyri-neft iqtisadiyyatının yüksək əlavə dəyər yaradan aparıcı sahələrindən biri hesab olunur.

İKT sahəsində yüksəkixtisaslı kadr hazırlığını sürətləndirmək məqsədilə müxtəlif təlimlər və təqaüd proqramları təşkil edilir. Bu çərçivədə həyata keçirilən “Technest” Təqaüd Proqramı vasitəsilə indiyədək 10 min yerli mütəxəssis hazırlanıb.

Sektorda fəaliyyət göstərən şirkətlər, fiziki şəxslər və xarici investorlar üçün tətbiq olunan vergi və digər stimullaşdırıcı güzəştlərin İKT sahəsinin inkişafına və investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərdiyi bildirilir. Hazırda bu güzəştlərin əhatə dairəsinin genişləndirilməsi və Azərbaycanın regionun ən cəlbedici İKT və innovasiya ekosistemlərindən birinə çevrilməsi istiqamətində işlər davam etdirilir. Nəticədə Texnopark rezidentlərinin sayı 182-yə çatıb ki, onlardan 16-sı xarici şirkətdir.

Azərbaycanın innovasiya ekosisteminin regionlarda inkişafı məqsədilə Bakı, Sumqayıt, Naxçıvan və Gəncədə innovasiya mərkəzləri yaradılıb, yüzlərlə startap üçün mentorluq proqramları təşkil olunub.

Ölkənin əsas rəqəmsal hökumət platforması olan "mygov" portalının istifadəçilərinin sayı 3,4 milyon nəfəri ötüb. Platforma vasitəsilə vətəndaşlara 400-dən çox rəqəmsal xidmət təqdim olunur.

Görülən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarısında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 2 milyard manata yaxınlaşıb. Xüsusilə proqram təminatı xidmətlərindən əldə olunan gəlirlər təxminən 28 faiz artıb ki, bu da ölkədə rəqəmsal həllərə tələbatın və yerli İKT şirkətlərinin fəaliyyətinin genişləndiyini göstərir.

Bununla yanaşı, informasiya və rabitə sektorunun ümumi daxili məhsuldakı payı 1,9 faizə yüksəlib.

Qeyd olunur ki, rəqəmsal infrastrukturun inkişafı, innovasiya və insan kapitalına yatırılan investisiyalar Azərbaycanın rəqəmsal iqtisadiyyatının güclənməsinə, beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına və yüksək texnologiyalar əsasında formalaşan yeni iqtisadi artım modelinə keçidə mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

09-04-2026
Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010
Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011
Azərbaycanda informasiya və rabitə sahəsində rekord artım qeydə alınıb

Azərbaycanda informasiya və rabitə sahəsində rekord artım qeydə alınıb

20-05-2026
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

22-10-2015
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

23-10-2015
Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015
Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

08-07-2026
İRİA-nın 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İRİA-nın 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

03-02-2026
İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025
Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026
“Enterprise Azerbaijan” beynəlxalq mükafata layiq görülüb

“Enterprise Azerbaijan” beynəlxalq mükafata layiq görülüb

29-06-2026
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub

İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub

29-07-2015
Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

09-06-2026
Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

02-02-2026
Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022
İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025
⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026
İKT Azərbaycanda ən gəlirli sahəyə çevrilib

İKT Azərbaycanda ən gəlirli sahəyə çevrilib

22-12-2008
Azərbaycanda şəbəkə hazırlığı indeksi yüksələcək

Azərbaycanda şəbəkə hazırlığı indeksi yüksələcək

01-07-2011
“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

12-01-2015
Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb

Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb

15-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə