İnformasiya və rabitəyə qoyulan investisiyanın məbləği açıqlanıb

14-11-2025 / 20:08

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 262 milyon manat investisiya qoyulub.

Xeberler.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 % azdır.

Təkcə oktyabrda isə sektora investisiya qoyuluşu 26 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 76 % azdır.

Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə