Azərbaycanda mobil rabitə gəlirləri 4 faizədək artıb

15-12-2025 / 12:12

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 166,3 milyon manat gəlir əldə edilib.

Xeberler.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Təkcə noyabrda isə adıçəkilən xidmətlərdən 114,1 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 6 % azdır.

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə