İngiltərədə kompüter oyunlarından asılı olan şəxslər üçün klinika açılıb. Günlərini oyun oynayaraq keçirən oyunçular, burada müalicə ala biləcəklər. “Broadway Lodge” adlı klinikada oyun xəstələrinin üçün müəyyən şərait də var. Hazırda klinikanın 400 xəstəsi var.
Xəstələr müalicə müddətində təcrübə üçün evlərinə göndəriləcəklər. Klinikanın baş həkimi “Digər klinikaların qəbul etdiyi narkotik və spirt asılıları kimi biz də oyun asılısını qəbul edirik” açıqlayıb. Klinikada xəstələr 12 addımda müalicə edilir. Bu 12 addımdan sonra, xəstənin oyun asılılığından artıq xilas olacağı gözlənilir. Əks halda müalicə müddəti uzadılır. Klinikanın məsləhətçilərindən Peter Smith qeyd edib ki, “Oyundan asılı olanlar cəmiyyətdən utanmırlar, həyatlarını vərdiş etdikləri kimi davam etdirirlər. Biz onları müalicə edib, sağlamlıqlarına zərər vuran vərdişlərindən tərgidib geri göndəririk”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri