“INNOLAND” rezidentləri Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub

24-09-2025 / 14:15
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ASAN xidmət” stendində iştirak ediblər.
 
Xeberler.az bildirir ki, "Gələcək üçün bacarıqlar” layihəsi müddətində universitetlərlə əməkdaşlıq çərçivəsində formalaşmış "Convitsa", "Dovotes" və Mərkəzin rezidenti olan "Enverson" startapları yerli və xarici ziyarətçilərə innovativ həlləri və layihələri barədə məlumat veriblər.
 
Yüksək səviyyəli qonaqlar və rəsmilər startapların təqdim etdiyi texnoloji yeniliklərlə yaxından tanış olub, onların beynəlxalq bazara çıxış imkanlarını yüksək qiymətləndiriblər. Həmçinin qonaqlar “ASAN xidmət”in fəaliyyəti, vətəndaşlara təqdim olunan innovativ xidmətlər, rəqəmsal həllər sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumatlandırılıblar.
 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin iqtisadi və texnoloji potensialını nümayiş etdirmək, yeni qlobal rəqabətlilik paradiqmalarına dair bilik və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Tədbirdə iştirak edən şirkətlər və startaplar üçün bu forum yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər imzalamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından unikal imkanlar yaradıb.
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə