Previous Next
Bağla

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

31-05-2023 13:46
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi beynəlxalq səviyyəli mütəxəssisi işə cəlb edib: Lukas Tzitzis beynəlxalq biznesin inkişafı üzrə rəhbər vəzifəyə təyin edilib.

Xeberler.az agentliyə istinadən xəbər verir ki, informasiya, telekommunikasiya və tibbi texnologiyalar sahəsində yüksək təcrübəyə malik Lukas Tzitzis beynəlxalq şirkətlərdə əsas vəzifələrdə çalışıb, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Onun idarəetmə təcrübəsi Böyük Britaniya, İsrail, Avstriya, Rumıniya, Estoniya, Avstraliya, Sinqapur, Yeni Zellandiya, eləcə də Mərkəzi və Şərqi Avropa, Avrasiya ölkələrində biznes əməliyyatlarını, İKT məhsullarının təchizatçılarını və sistem inteqratorlarını əhatə edir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri kimi L.Tzitzisin ən mühüm vəzifələri arasında Azərbaycanda relokasiya və texnopark layihələrinin təşviqi, eləcə də xarici şirkətlərin yerli İKT ekosisteminə cəlb edilməsi sahəsində strategiyanın gücləndirilməsi və modernləşdirilməsi dayanır.

İRİA-nın sədr əvəzi İnarə Vəliyeva yeni təyinatla bağlı fikrini bildirib:

“Lukasın İKT sahəsində öz zəngin təcrübəsi, regional, eləcə də qlobal mühitdə strateji bilik və bacarıqları ilə komandamıza dəyər qatacağına və Azərbaycanın təqdim etdiyi biznes fürsətləri, güzəştləri ilə bağlı qlobal bazarda məlumatlılığı artıracağına inanıram”

Lukas Tzitzis öz təyinatını belə şərh edib:

"İlk növbədə, Agentliyin komandasına qoşulmaq və onlarla birlikdə ölkədə texnoloji tərəqqinin gələcəyinə təsir göstərmək mənim üçün böyük şərəfdir.Hökumətin bu sahəyə olan yüksək marağı və yanaşması ilə bərabər, Azərbaycanda yükək həyat səviyyəsi və multikultural dəyərlər var ki, bu da beynəlxalq səviyyəli xarici mütəxəssislər üçün çox cəlbedicidir. İKT sahəsində perspektivlərə gəldikdə isə, Azərbaycan texnoloji sənayenin regional mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin komandası ilə birlikdə ölkənin İKT ekosistemində biznesin və innovasiyaların inkişafı üçün bütün lazımi tədbirləri görəcəyik".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

15-08-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

19-08-2023

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

Paytaxtda “Bakı İnvestisiya Günü” keçiriləcək

06-07-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026

Azərbaycan bazarına daxil olmaq istəyən xarici İKT şirkətlərinə dəstək veriləcək

17-05-2023

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

29-10-2024

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024

Nəhəng xarici İT şirkətləri Azərbaycana cəlb olunacaq

03-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə