Previous Next
Bağla

Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

15-08-2023 16:07
Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) təşəbbüsü ilə Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.

Xeberler.az IRIA-nın yaydığı məlumata istinadən məlumat verir ki, qrupun ölkəmizə səfərinin əsas məqsədi texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir. Səfər çərçivəsində Pakistan şirkəti bir sıra dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

İlk görüş İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutub.

Şirkəti təmsil edən heyət ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, sədrin müşaviri Şahin Əliyev, beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis və innovasiya üzrə rəhbər İqor Ovçarenko arasında görüş baş tutub.

Sədr əvəzi İnarə Vəliyeva pakistanlı heyətə Azərbaycanda İKT-nin ümumi inkişaf mənzərəsi, xüsusilə də qlobal İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda elektron hökumət və startap ekosisteminin əldə etdiyi nailiyyətlər pakistanlı qonaqların diqqətinə çatdırılıb.

“9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanın innovasiya və rəqəmsallaşma sahəsində əldə etdyi uğurları yüksək qiymətləndirib və bunun beynəlxalq əməkdaşlıq üçün önəmli faktor olduğunu vurğulayıb.

Görüşün nəticəsi olaraq Pakistan heyəti ilə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi və rəqəmsallaşma aspektində təcrübə mübadiləsinə dair olduqca əhatəli fikir mübadiləsi aparılıb, gələcək layihələrin reallaşdırılması üçün görüləcək işlərin yol xəritəsi müzakirə edilib.

Səfər çərçivəsində növbəti görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Fərid Əhmədov ilə baş tutub. Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrin önəmini vurğulayıb.

Səfər ərzində görüşlərini davam etdirən pakistanlı heyətin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə də görüşləri baş tutub. Müvafiq qurumlarla ikitərəfli görüşlər zamanı əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə edilib.

“9D Technologies” şirkətinin nümayəndələri Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlı olduqlarını ifadə ediblər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir müavini Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

Nazir müavini Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

14-08-2023
İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

19-08-2023
İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

31-05-2023
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

18-07-2023
Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

19-07-2023
Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

25-07-2025
“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023
Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023
Azərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib

21-10-2025
RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025
Pakistan Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdirəcək

Pakistan Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdirəcək

29-07-2023
Rəşad Nəbiyev İraqda səfərdə olub

Rəşad Nəbiyev İraqda səfərdə olub

08-12-2023
Nazir Ramin Quluzadə İranda səfərdədir

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019
Azərbaycan və "Dell Technologies" birgə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və "Dell Technologies" birgə əməkdaşlığı müzakirə ediblər

06-03-2026
Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə