Previous Next
Bağla

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023 17:04
İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəvəti ilə İsrailin bir sıra aparıcı şirkətlərinin - “FinCom.Co”, “Raycom”, “CySource” və “Sensorz”un nümayəndələri Azərbaycanda səfərdədir.

Xeberler.az İRİA-ya istinadən verdiyi xəbərə görə, səfər İsrail şirkətlərinin Azərbaycana səfəri qlobal və yerli İKT şirkətlərinə vergi güzəştləri və imtiyazlar təqdim edən texnopark rezidentliyi çərçivəsində baş tutub.

Səfər çərçivisində Agentliklə İsrail şirkətlərinin, habelə “AnD Ventures” vençur fondunun nümayəndələri arasında görüş baş tutub. Görüşlərdə İRİA-nın sədr əvəzi İnarə Valiyeva, sədrin müşaviri Şahin Əliyev, Agentliyin Beynəlxalq Biznesin İnkişafı üzrə rəhbəri Loukas Tzitzis və İnnovasiya üzrə rəhbər İqor Ovçarenko iştirak edib.

Görüş müddətində Texnopark rezidentliyi haqqında qanunun yaratdığı üstünlüklər və Avrasiya bazarının İKT potensialından yararlanmaqda Azərbaycanın doğru seçim olması haqqında məlumat verilib. Bildirilib ki, Agentliyin dəstəyi ilə rezidentlik hüququ əldə etmək istəyən şirkətlərin Azərbaycanda filial və yaxud təmsilçilik təsis etmələri üçün müvafiq şərait mövcuddur.

Görüşlər əsnasında, həmçinin İsrail şirkətlərinin nümayəndələrinin Azərbaycandakı kadr potensialı, yerli və Avrasiya ekosistemindəki mövcud imkanlar haqqında sualları da cavablandırılıb.

İsrailli nümayəndə heyəti Azərbaycanın ümumi İKT mühiti ilə tanışlıqdan və müsbət nəticələnən işgüzar görüşlərdən məmnunluqlarını ifadə ediblər.

Səfər çərçivəsində israilli nümayəndə heyəti İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.

Səfər zamanı “PAŞA Holdinq” MMC-nin İnnovasiya üzrə nümayəndələri ilə keçirilən görüşdə israilli şirkətlərlə innovasiya sahəsində birgə iş imkanı dəyərləndirilib. İnnovasiya və texnologiyaya əsaslanan ekosistemin inkişafı üçün ortaq səylərin reallaşdırılması, bilik mübadiləsinin həyata keçirilməsi mövzuları müzakirə edilib.

İsrailli şirkət nümayəndələri, həmçinin “Azercell” şirkətinin qonağı olublar və potensial əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, innovativ xidmət və tətbiqlərin inkişafına qədər geniş mövzuları əhatə edib.

Bundan əlavə, nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının məhsul və xidmətləri ilə tanış olublar. Təqdimat zamanı, həmçinin STP-nin istehsalat gücü və ixtisaslaşdığı sektorlara görə əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

19-08-2023

Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

15-08-2023

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

Nazir müavini Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

14-08-2023

İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

19-03-2019

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

25-07-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

31-05-2023

İsrailin rabitə naziri Bakıya rəsmi səfər edəcək

18-04-2011

Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

16-06-2022

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

Paytaxtda “Bakı İnvestisiya Günü” keçiriləcək

06-07-2023

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022

Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfər edib

07-04-2025

Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

18-07-2023

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025

Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

23-11-2021

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə