Previous Next
Bağla

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025 12:14
İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

Bakıda gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb olunması, rəqəmsal bacarıqlarının gücləndirilməsi və beynəlxalq təcrübəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Xeberler.az məlumat verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov “İKT Karyera Sərgisi”nin açılışında deyib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən şirkətlərin, gənclər təşkilatlarının və universitetlərin birgə iştirakı ilə müxtəlif təşəbbüslər icra edilir. Məqsəd İKT sahəsində peşəkar kadr potensialının formalaşdırılması və innovasiya mühitinin genişləndirilməsidir.

“2016-cı ildən etibarən qısa və uzunmüddətli təlim proqramları, startap layihələri, beynəlxalq müsabiqələrdə iştirak və aparıcı texnoloji şirkətlərdə təcrübə imkanları kimi çoxsaylı təşəbbüslər həyata keçirilib. Bu illər ərzində 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub, eləcə də müxtəlif innovativ layihələrdə uğurla təmsil olunub. Agentliyin həyata keçirdiyi layihələr gənclərin peşəkar inkişafına, rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun müasir bilik və bacarıqlar əldə etməsinə mühüm töhfə verir”, - deyə Rəşad Xalıqov qeyd edib.

R.Xalıqov vurğulayıb ki, bu proqramlar, həmçinin universitetlərlə əməkdaşlığın genişlənməsinə, təhsil və biznes sektoru arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir: “Yaradılan geniş platforma gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirməsi, həmçinin karyera inkişafı üçün real imkanlar qazanması baxımından çox əhəmiyyətlidir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

10-01-2024

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

31-05-2023

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022

Rəşad Xalıqov: Milli Elektron Hökumət Platformasında 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb

04-09-2024

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

13-12-2024

Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

19-07-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

VIII Respublika Robot Olimpiadasının açılış mərasimi keçirilib

26-09-2025

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Rəşad Xalıqov: "Əhalinin 25 faizi minimal rəqəmsal biliklərə malikdir"

28-04-2025

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

Rəşad Xalıqov: "Rəqəmsal sənəd mübadiləsi hər il təxminən 2 min ağacı xilas edəcək"

04-09-2024

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə