Fuji Keizai analitik şirkətinin proqnozuna əsasən, yaxın 5 ildə insanabənzər robotlar bazarının həcmi 14 dəfə yüksələrək 200 milyon dollar təşkil edəcək.
Xeberler.az RYTN-nin elektron xəbər xidmətinə istinadən məlumat verir ki, hazırda insanabənzər robotlar bu və ya digər mağaza, mehmanxana, hətta otelə müştərilər cəlb etmək üçün reklam məqsədilə istifadə olunurlar.
Yaxın gələcəkdə robotlar insanların peşələrinə də yiyələnəcəklər.
Analitiklər hesab edir ki, yaxın illərdə bütün peşələr şərti olaraq 2 kateqoriyaya bölünəcək: robotlar tərəfindən görüləcək işlər və insanların iştirakı zəruri olan işlər.
Onların fikrincə, mağaza və sosial müəssisələrdə informasiya stendlərinin əməkdaşları, kassirlər, yaşlı insanlara qulluq edənlər birinci kateqoriyaya şamil edilir.
Bu mənada dizayner, musiqiçi, dekorator, həkim, müəllim, biznes konsultant, barmen, bələdçi və işi yaradıcılıqla bağlı digər işçilərin narahatçılıq keçirməsinə ehtiyac yoxdur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri