Previous Next
Bağla

Çində robot insan rekordunu üstələyib

05-05-2026 08:47
Çində robot insan rekordunu üstələyib

Pekində keçirilən beynəlxalq yarımmarafonda “Tsityan Daşen” kollektivinə məxsus “Şandyan” (“İldırım”) humanoid robotu 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək insana məxsus dünya rekordunu üstələyib.

Xeberler.az "TASS"a istinadən məlumat verir ki, bu məsafə üzrə insan rekordu 56 dəqiqə 42 saniyə təşkil edir. Ümumilikdə tədbirdə 12 minə yaxın insan və 100 müxtəlif komanda tərəfindən təqdim olunan, beşi xarici olmaqla, təxminən 300 insanabənzər robot iştirak edib. Robotlar məsafəni insanlarla birlikdə, lakin onlar üçün ayrılmış xüsusi zolaq üzrə qət ediblər.

Qeyd olunub ki, yarışda komandaların təxminən 40 faizi avtonom robotlardan istifadə edib. Digər robotlar isə məsafədən idarə olunub.

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə