Previous Next
Bağla

CeBIT 2017-də təqdim olunacaq texnologiyalar

14-02-2017 16:08
CeBIT 2017-də təqdim olunacaq texnologiyalar

Avropada informasiya texnologiyaları üzrə ənənəvi sərgi olan CeBIT 2017-də süni intellekt, dronlar, insanabənzər robotlar, avtonom sistemlər və əşyaların interneti nümayiş olunacaq.

20-24 mart 2017-ci il tarixlərdə Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə dünyanın ən böyük sərgilərindən biri – CeBIT 2017 keçiriləcək.

Sərgidə 70 ölkədən 3 min şirkət öz tətbiqlərini təqdim edəcək. Bununla yanaşı, “CeBIT Global Conferences” çərçivəsində biznes və cəmiyyətin rəqəmsal gələcəyi haqqında mühazirələr dinləmək mümkün olacaq.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, sərginin əsas mövzusu rəqəmsal transformasiyanın sonsuz imkanlarına diqqət cəlb edəcək. Eksponat və təqdimatlar süni intellektin yeni tətbiqetmə imkanları və koqnitiv hesablamalar haqqında məlumat verəcək.

Müxtəlif məqsədlərə, xüsusilə məlumatların yüksək effektli analizi və digər rəqəmsal texnologiyalarla uyğunluğuna xidmət edən, ticarətdə istifadə olunması üçün böyük potensiala malik olan çox sayda dronların təqdim ediləcəyi tədbirdə virtual və əlavə reallığın tətbiq sferalarına ekspozisiyalar həsr ediləcək.

CeBIT ziyarətçiləri, həmçinin özü idarəolunan avtomobilləri “test-drayv” olaraq sınaqdan keçirə biləcəklər. Sürücüsüz avtomobil texnologiyası və rəqəmsal texnologiyaların tətbiqinin bir çox nümunələri ixtisaslaşdırılmış ekskursiya zamanı təqdim ediləcək.

40 ölkədən 400-dən çox müəssisə rəqəmsallaşmanın yeni şirkətləri və biznes-modellərini sürətlə əhatə etməsini təqdim edəcək. Blokçeyn texnologiyası daxil olmaqla, rəqəmsal həllərin müxtəlif sferalara tətbiqinə həsr edilmiş çıxışlar səsləndiriləcək, “tədqiqatlar və innovasiyalar” ekspozisiyasında yeni şirkətlər təqdim olunacaq.

Qeyd edək ki, hər il CeBIT sərgisi 3 mindən çox eksponentin nailiyyətlərini nümayiş etdirir və təxminən 200 min ziyarətçini cəlb edir. Əsas diqqət süni intellekt, avtonom sistemlər, virtual və əlavə reallıq, insanabənzər robotlar və dronlar kimi ən son tətbiqlərə ayrılır.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
CeBIT 2011 sərgisinə start verildi

CeBIT 2011 sərgisinə start verildi

02-03-2011
Azərbaycan CeBIT-2009-da iştirak edir

Azərbaycan CeBIT-2009-da iştirak edir

03-03-2009
“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07-10-2010
CeBIT 2009-da mobil kompüter nümayiş olundu

CeBIT 2009-da mobil kompüter nümayiş olundu

07-03-2009
CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq

CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq

09-01-2024
Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq.

Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq.

22-08-2014
4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

09-09-2019
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018
Iran Telecom 2019 sərgisi keçiriləcək

Iran Telecom 2019 sərgisi keçiriləcək

17-09-2019
Nar BakuTel-2018 sərgisində iştirak edəcək

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018
İT-təhlükəsizlik üzrə beynəlxalq sərgi keçiriləcək

İT-təhlükəsizlik üzrə beynəlxalq sərgi keçiriləcək

18-09-2019
Robotlar tərəfindən robot hazırlanacaq

Robotlar tərəfindən robot hazırlanacaq

08-09-2016
Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016
Las-Veqasda ilin ən böyük texnoloji sərgisi keçiriləcək

Las-Veqasda ilin ən böyük texnoloji sərgisi keçiriləcək

07-01-2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

08-12-2017
“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

07-03-2013
Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

20-05-2016
ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə