Cənubi Koreyada 30-a yaxın yumurtaşəkilli robotlar orta məktəbdə ingilis dili dərsini tədris edirlər.
Koreyanın Elm və Texnologiya Institutu tərəfindən hazırlanan “Engkey” adlı robotlarda xüsusi monitor vasitəsilə avtomat müəllimənin üzünü izləmək mümkündür. Təxminən 1 metr yarım hündürlüyü olan robotlar uzaq məsafədən, Fillipində ingilis müəllimləri tərəfindən idarə olunurlar. Müəllimlər Fillipində bu robotlar vasitəsilə şagirdlərin dediklərini eşidir və onların suallarını cavablandırır. Təkərli robotlar sinifdə hər bir şagirdə yaxınlaşıb onunla üz-üzə söhbət apara bilir. Onlar, həmçinin, kitab oxuya və rəqs edə də bilirlər. Bununla yanaşı, robotlar şagirdlərlə maraqlı intellektual oyunlar da keçirir.
Mütəxəssislərin apardağı sorğular onu göstərir ki, şagirdlər bu cür tədris metoduna çox böyük maraq göstərir və dərslərdə daha fəal olurlar. Şagirdlərin fikrincə, canlı insanlarla müqaisədə robotlarla söhbət daha rahat və maraqlı alınır. Robotların hazırcavablığı və cəldliyi şagirdləri daha çox xoşuna gəlir. Mütəxəsislərinin fikrincə, robotlar müxtəlif səbəblər və bəhanələrlə işdən yayınan müəllimlərdən fərgli olaraq, daha münasibdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri