"Instagram" proqramı çoxlu sayda abunəçisi olan istifadəçilər üçün şəxsi mesajlara girişi məhdudlaşdırmağa, həmçinin səhifə barədə daha ətraflı statistika əldə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirir.
Xeberler.az xarici mediaya istinadən bildirir ki, belə hesabın sahibi "Direct"ə ("Instagram"da şəxsi mesajlarla mübadilə xidməti) girişi yalnız müəyyən istifadəçilər üçün əlçatan edə bilər. Digər istifadəçilər isə ona yaza bilməyəcək.
"Biz "Instagram"ı fanat cəmiyyətlərinin yaradılması üçün ən yaxşı və ən sadə meydançaya çevirmək, həmçinin məzmun yaradıcılarına öz brendlərini yaratmaqda kömək etmək istəyirik" – internet şirkətin meneceri Eşli Yuki deyib.
Bundan başqa, bloqerlər daha təkmil statistika ilə təmin ediləcək ki, bu da onlara səhifənin populyarlığını və abunəçilərin aktivliyini ətraflı təhlil etməyə kömək edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri