Previous Next
Bağla

Intel 6-cı nəsil prosessorlarını təqdim etdi

03-09-2015 11:46
Intel 6-cı nəsil prosessorlarını təqdim etdi

Mikroprosessor istehsalçısı Intel altıncı nəsil Skylake prosessorlarını rəsmi olaraq təqdim edib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, prosessorlar 10 faiz daha sürətli və 30 faiz daha yaxşı qrafikaya malikdirlər.

Yeni təqdim olunan prosessorlar istifadəsinə və cihazlara uyğunluğuna görə 4 seriyada təqdim olunub.

Skylake-Y seriyası olaraq adlandırılan Core M prosessorlar daha çox planşetlərə uyğun göstəricilər təqdim edir. Core M prosessorlar- Core M3, Core M5Core M7 olaraq fərqli göstəricilərdə təqdim olunacaq.

Skylake-Y seriyasında olan M3, M5 və M7 prosessorların ən böyük fərqi İntel HD 515 qrafik nüvəsinin saat sürətində işləməsidir. Bu sürət 850 MHz, 900 MHz və 1GHz olaraq təqdim edilib.

Skylake-U seriyası prosessorlar isə noutbukların göstəricilərinə uyğun təqdim edilib. Skylake U seriyası prosessorlar sırasına  Celeron, Pentium, Core İ3, Core İ5, və Core İ7 prosessorları daxildir. Bu prosessor modelləri arasında ən aşağı prosessor sürəti 1.6 GHz-lik Celeron prosessoru, ən yüksək prosessor sürəti isə 2.6 GHz sürətində Core İ7 6600U  olaraq təchiz olunub. Prosessorlar yeni GPU nüvəsinin aşağı enerji sərf etməsi sayəsində əlavə olaraq 1.4 saata qədər batareya təklif edir.

Skylake-H seriyası olaraq adlandırılan prosessorlar mobil prosessorlar ailəsinə daxil edilir. Fərdi oyun kompüterlərində istifadə olunan bu prosessorlar ən yüksək göstəricilərə malikdirlər. Skylake-H seriyalı prosessorlara Celeron, Core İ3, İ5, İ7Xeon daxildir.

Ağasəf Haqverdiyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kompüter oyunları üçün ən güclü prosessor

26-09-2017

Intel-in 6-cı nəsil Skylake prosessorları təqdim olundu

06-08-2015

Intel Core i7 975 prosessorunun istehsalını dayandırır

16-05-2009

Intel Corei7 rəsmən təqdim olundu

21-11-2008

Core i7 prosessorları 10 noyabrda satışa çıxarılacaq

26-09-2008

Doqquzuncu nəsil “Intel Core” prosessorları təqdim olunub

09-10-2018

Yeni Core 2 Quad prosessorları 30 noyabrda satışda olacaq

02-10-2008

Intel nazik noutbuklar üçün prosessorlar istehsal edib

26-08-2008

Intel firması 5 yeni mobil prosessorunu satışa çıxardı

06-04-2009

Yeni nəsil Intel prosessorları satışa çıxarılacaq

08-11-2008

ARM netbuklar üçün prosessorlar hazırlayır

25-10-2008

İntel-ə qarşı güc birlikdədir!

29-04-2009

Intel şirkəti Centrino 2 platformasını rəsmi olaraq təqdim edib

15-07-2008

Core 2 Quad Q6600 prosessorlarının satışı 2009-cu ildən ləğv ediləcək

28-11-2008

3 HDD-li oyunçu-notebooku

04-08-2009

3 HDD-li oyunçu-notebooku

03-07-2009

Bu həftənin AMD məhsulları

22-10-2008

AMD 12 nüvəli prosessorlar hazırlayır

24-09-2008

Samsung şirkəti 17 düymlük Eclipse noutbuku təqdim etdi

30-08-2008

Dünyada ən yığcam noutbuk təqdim edilib

31-08-2017

Yeni nəsil iPhone-lar üçün prosessor istehsal edilir

24-05-2018

Lenovo-dan 4K ekranlı noutbuklar

19-08-2015

"Apple" "İMas" stolüstü kompüterlərə "Thunderbolt interfeys" əlavə edib

04-05-2011

Ürəyinizi smartfonla yoxlaya biləcəksiniz

04-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə