3 HDD-li oyunçu-notebooku

04-08-2009 / 09:00

Oyunçu notebook istehsalçısı Rock, Xtreme ardıcıllığına aid iki yeni model istehsal edib. İki modelin hər biri 3 sabit disk (HHD-Hard Disk Drive) və 2 ekran kartıyla təchiz edilib.

İki model üçün də geniş bir prosessor yelpiyi təqdim edilir. Cihazda Core-2-Duo, Core-2-Quad, hətta Core-i7 prosessorlar işlədilə bilər. Qrafik performansı isə Nvidia Geforce GTX 280M ekran kartıyla təmin edilir. Müştərinin istəyinə görə, notebooka iki ekran kartı da yerləşdirilə bilər. 17 və 18,4 düymlük Full-HD iki ekran alternativi var.

Sabit disklər fərqli böyüklükdə təqdim edilir. Maksimum quraşdırmada üç ədəd 500 GB-lıq sabit disk var. Modelə görə, RAM miqdarı 4 GB-a qədər artırıla bilər. Optik sürücü olaraq DVD yazma bacarığı olan Blu-ray sürücüsü də var. Notebooklar dörd USB girişi, WLAN a/b/g/n və 7-in-1 kart oxucusu ilə diqqət çəkir.

Rock əməliyyat sistemi olaraq 64-Bit Windows Vista Home Premium təqdim edir. Windows 7-yə yüksəltmə imkanı da var. Xtreme 790 adlı modelin qiyməti təxminən 2200 Avrodan, Xtreme 840-nın qiyməti isə 1850 Avrodan başlayır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə