3 HDD-li oyunçu-notebooku

03-07-2009 / 10:20

Oyunçu notebook istehsalçısı Rock, Xtreme ardıcıllığına aid iki yeni model istehsal edib. İki modelin hər biri 3 sabit disk (HHD-Hard Disk Drive) və 2 ekran kartıyla təchiz edilib. İ

ki model üçün də geniş bir prosessor təqdim edilir. Cihazda Core-2-Duo, Core-2-Quad, hətta Core-i7 prosessorlar işlədilə bilər.

Qrafik performansı isə Nvidia Geforce GTX 280M ekran kartıyla təmin edilir. Müştərinin istəyinə görə, notebooka iki ekran kartı da yerləşdirilə bilər. 17 və 18,4 düymlük Full-HD iki ekran alternativi var. Sabit disklər fərqli böyüklükdə təqdim edilir. Maksimum quraşdırmada üç ədəd 500 GB-lıq sabit disk var. Modelə görə, RAM miqdarı 4 GB-a qədər artırıla bilər. Optik sürücü olaraq DVD yazma bacarığı olan Blu-ray sürücüsü də var.

Notebooklar dörd USB girişi, WLAN a/b/g/n və 7-in-1 kart oxucusu ilə diqqət çəkir. Rock əməliyyat sistemi olaraq 64-Bit Windows Vista Home Premium təqdim edir. Windows 7-yə yüksəltmə imkanı da var. Xtreme 790 adlı modelin qiyməti təxminən 2200 Avrodan, Xtreme 840-nın qiyməti isə 1850 Avrodan başlayır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.