İntel 14 nm ölçüdə istehsal sistemini istifadə edərək hazırladığı 6-cı nəsil Skylake prosessorlarını təqdim etdi.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Skylake prosessorları ilk olaraq fərdi kompüterlər üçün İ7 6700K və İ5 6600K modellərində təqdim olunub. Bu modellərin sonlarında yazılan K hərfi isə overclock kilidlərinin açıq olduğunu bildirir. Bu texnologiya vasitəsilə prosessorların standart sürətlərini daha da artırmaq mümkündür.
Yeni təqdim olunan prosessorlar İ7 6700K 4 GHZ takt tezliyinə, İ5 6600K 3.5 GHZ takt tezliyinə malikdir. Bundan başqa Turbo Boost texnologiyası ilə İ7 6700K 4.20 GHZ, İ5 6600K isə 3.9 GHZ-ə qədər takt tezliyi artırmaq mümkündür.
6-cı nəsil Skylake prossesorlarında həm də DDR 4 Ram dəstəyindən də istifadə etmək mümkün olacaq.
İ5 6600K xarici satış dəyəri 243 dollar, İ7 6600K isə 350 dollar məbləğində olacaq. Yeni təqdim olunan prosessorlar payız aylarında satışa təqdim olunacaq.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri