“İnternet hüququ” kitabının təqdimatı keçirilib

17-12-2009 / 17:08

Bu gün Azərbaycan Media Mərkəzində Yayımların Monitorinq Mərkəzinin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə hazırlayıb çap etdirdiyi “İnternet hüququ” kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri Ələsgər Məmmədli və Xalid Ağaliyevdir.

Müəlliflərin yaydığı açıqlamada deyilir: “Kitab müasir kommunikasiya vasitələrindən istifadə etməyi gündəlik vərdişlərinə çevirən, interneti həyatının bir parçası hesab edən və gününün önəmli bir hissəsini bu virtual aləmdə keçirən, eyni zamanda düşüncələrini, əlində olan informasiyaları virtual olaraq paylaşan hər bir informasiya cəmiyyəti insanının ilkin hüquq məsləhətçisi hesab edilə bilər.

İnternet ortamının “qaydasız döyüş” rinqi olmadığı, bu virtual mühitin azadlığının da sərhədlərinin olduğunu bu kitabı vərəqləyərkən görmək mümkündür.

Kitabda internetin tarixi, Azərbaycana gəlişi və tənzimlənməsi, eyni zamanda internet mediasının məlumat almaq hüququ, internetdə yayımlanan bilgilərin məzmununun necə tənzimlənməsi əhatə olunur. Nəşrdə internet azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət formaları da yer alır, bu haqda bilgilər verilir"


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə