Previous Next
Bağla

APA “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində hazırladığı kitabın təqdimatını keçirib -

29-09-2010 16:24
APA “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində hazırladığı kitabın təqdimatını keçirib -

“Azəri-Press” İnformasiya Agentliyinin (APA) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində hazırladığı kitabın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan APA-nın baş direktorunun 1-ci müavini, “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” kitabının redaktoru Nurşən Quliyev nəşri ərsəyə gətirməkdə məqsədin Azərbaycanın tarixi ilə bağlı əhəmiyyətli məsələlərə bir daha toxunmaq, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək olduğunu deyib: “Layihə seçərkən dövlətçilik tariximizlə bağlı mövzu üzərində dayandıq. Altı ay davam edəm layihənin yekunu olaraq isə bu kitabı ərsəyə gətirdik. Layihənin reallaşmasında və nəticə olaraq bu kitabın işıq üzü görməsində bir çox görkəmli ziyalılar, tarixçi alimlər, etnoqraflar bizə yaxından dəstək oldu”.

Kitabda Azərbaycan tarixini əks etdirən reportajlar, araşdırmalar, habelə tarixçi alimlərlə geniş müsahibə və debatların yer aldığını vurğulayan N. Quliyev bunun Azərbaycanın dövlətçilik tarixinin təbliğinə kiçik də olsa, bir töhfə olacağına ümid etdiyi bildirib: “Dörd fəsildən ibarət nəşrin “Araşdırmalar” adlanan ilk fəslində araşdırmalar yer alıb ki, burada Azərbaycan ərazisində mövcud olan dövlət quruluşları haqqında təhliledici məqalələr əksini tapıb. Kitabın “Reportajlar” fəslində Azərbaycan ərazisində qədim dövrlərdən bu günədək qorunub saxlanan tarixi abidələr və yerlərdən bəhs olunub. Nəşrin “Müsahibələr” və “Debatlar” fəslində isə tarixçi alimlərin, etnoqrafların fikir və mülahizələri əksini tapıb”.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabın Azərbaycanın dövlətçilik tarixinin təbliğinə töhfə verəcəyini qeyd edib: “APA-nın ərsəyə gətirmiş olduğu bu kitabı yüksək qiymətləndirirəm. Ölkəmizin dövlətçilik tarixi ilə bağlı nə yazılırsa, təqdirə layiqdir. Çünki torpaqları işğal olunan bizik, təcavüzə məruz qalan və yalan tarixi faktlarla qarşılaşan da bizik. Ona görə çalışmalıyıq ki, dövlətimizin tarixini dərindən öyrənək və təbliğ edək. Dövlətçilik tarixi elə şeydir ki, burda hər fakt mənbəyə əsaslanmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri, tarix elmləri namizədi Akif Nağı da Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin zəruriliyindən danışaraq bu baxımdan APA-nın hazırladığı kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Dövlətçilik tariximizin təbliğində cəmiyyətimizin hər bir üzvü səy göstərməlidir. Bu işi yalnız tarixçilərin üzərinə qoya bilmərik. Bu baxımdan deyə bilərəm ki, APA-nın yaradıcı heyəti öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Kitabın tərtibatında da orijinal formadan istifadə olunub. Çünki indiyədək Azərbaycanda hansısa tarixi məsələ ətrafında bir neçə alimin fikir mübadiləsinin əks olunduğu nəşr hazırlanmayıb”.

Tədbirdə “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” kitabının əcnəbi dillərə tərcüməsinin vacibliyi də vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olacaq

23-11-2010

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı keçirilib

30-04-2012

Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimatı keçirilib

03-12-2010

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

09-12-2023

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

Azərbaycan tarixi kitablarının elektron versiyasının təqdimatı keçirilib

17-06-2010

Tarix və Etnologiya İnstitutunda elektron kitabların nəşrinə başlanıb

20-07-2023

İnformasiya Texnologiyalarından bəhs edən kitablara maraq artıb

26-06-2009

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

“İnternet hüququ” kitabının təqdimatı keçirilib

17-12-2009

“Virtual həftə sonu məktəbi”nin təqdimatı olub

29-11-2010

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31-10-2009

Azərbaycan Milli Kitabxanası elektron poçt ilə kitab sifarişlərini qəbul edir

30-06-2009

Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırır

02-11-2010

Mayda İçərişəhərdə Wi-Fi işə salınacaq

30-04-2012

“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri bərpa olunub

11-01-2022

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

15-07-2013

6 yaşlı APA

16-11-2010

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib

19-11-2009

Qarabağ adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub

10-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə