Previous Next
Bağla

İnternetdə informasiya: bunun etik və hüquqi məsuliyyəti haqda kitab təqdim edilib

27-11-2014 10:28
İnternetdə informasiya: bunun etik və hüquqi məsuliyyəti haqda kitab təqdim edilib

Noyabrın 26-da Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabının təqdimatını keçirib.

Kitab KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə icra olunan “İnternet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda  KİV təmsilçilərinin maarifləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

JuHİ sədri, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, bu gün interneti, sosial şəbəkələri “nəzarətsiz zona” kimi dəyərləndirənlər də  çoxdur: “Şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından, “Dövlət sirri haqqında” qanundan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə almadan yaydıqları qeyri-dəqiq, əsaslandırılmamış informasiyalarla həm informasiya obyektlərinə, həm də özlərinə ciddi problem yaratmış olurlar. Avqust ayında cəbhə bölgəsində yaşanan qısamüddətli gərginlik zamanı biz bu problemi daha dəqiq müşahidə edə bildik. Dövlət strukturları, əlaqədar orqanlar problemin aradan qaldırılması üçün müdaxilə etməli oldular.

“İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabı bu problemlərin aradan qaldırılmasına yardım göstərmək, ölkə vətəndaşlarına internet istifadəsi zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgi vermək məqsədi daşıyır. Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, “KİV haqqında” qanunda internet üzərindən yayılan informasiyalara tətbiq edilə biləcək maddələr toplanaraq bu kitabda əks edilib və barələrində şərhlər verilib”. 

Müşfiq Ələsgərli bildirib ki, vəsait KİV redaksiyalarına pulsuz paylanacaq. Həmçinin kitabın elektron versiyası JuHİ-nin saytında yerləşdiriləcək ki, bütün internet istifadəçiləri ondan faydalana bilsin.

Tədbirdə media ekspertləri Ələsgər Məmmədlinin, Azər Həsrətin məruzələri dinləndikdən sonra müzakirələr aparılıb. Jurnalistlər Bəhruz Quliyev, Elçin Mirzəbəyli, Tapdıq Abbas, Aydın Quliyev, Anar Qaraxançallı, Niyaz Niftiyev, Elçin Zahiroğlu və digərləri təqdimatı keçirilən vəsaitə ciddi ehtiyac olduğunu qeyd ediblər.

Mənbə: mediaforum.az                
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

20-05-2010

KİV-in menecment problemlərinə həsr edilmiş tədbir keçirildi

23-10-2009

“KİV-in iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi” mövzusunda təlim kursu keçirilib

19-12-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri təyin edildi

22-05-2009

Nazir yeni fonda direktor təyin etdi

22-04-2013

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

03-11-2009

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

Azərbaycan jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

10-11-2010

KİV-ə Dəstək Fondu Lənkəranda konfrans keçirib

11-11-2009

“İnternet hüququ” kitabının təqdimatı keçirilib

17-12-2009

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

KİV-ə Dəstək Fondunda təmsilçilərin siyahısı açıqlanıb

13-04-2009

KİV-ə Dəstək Fondu 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

24-12-2009

Gənclərin problemlərinin həllində KİV-in iştirakı müzakirə olunub

14-09-2009

“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

06-10-2009

“Sosial mediada etika” konfransında deyilənlər

18-03-2014

KİV-in İnkişafına Yardım Fondununa hələlik heç bir mətbuat orqanı layihə təqdim etməyib

10-07-2009

Azərbaycan KİV-ləri bölgələrdəki hadisələrə daha diqqətli olmalıdır – Mətbuat Şurasının sədri

22-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə