“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009 / 17:28

2009/2010-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər internet vasitəsilə ixtisas seçimi aparacaqlar. Bu barədə bu gün keçirdiyi mətuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib

İxtisas seçiminin müddəti avqustun 3-də başa çatacaq.İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olunmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.

TQDK-nın sədri 31 min 210 abituriyentin müvafiq müsabiqədə iştirak etmək hüququ qazandığını bildirib. Qeyd edilib ki, iyulun 31-i saat 11:00-dək 25 min 114 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə