Previous Next
Bağla

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015 15:01
Sabahdan  ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

Sabahdan  ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayacaq

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulu başlanır. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edir.

Komissiyadan Xəbərlər.az-a verilən məlumata görə, ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.
“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər; 
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrinin təsdiqini aprelin 7-dən aprelin 30-dək təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəs¬sisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.

 I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edə bilərlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonraeservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

Abituriyentlərin nəzərinə

21-05-2015

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015

TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

04-05-2015

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

“İmtahana buraxılış vərəqəsi” internetdə

01-07-2010

Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

11-08-2009

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009

İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

04-09-2015

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

23-07-2022

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq

10-04-2012

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

Abituriyentlərin “Elektron ərizə” qəbulu davam edir

20-04-2012

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009

TQDK virtual seminar-məşğələ keçirib

25-04-2011

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə