Previous Next
Bağla

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015 20:38
Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir.

TQDK-dan Xəbərlər-ə verilən məlumata görə, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılır.

Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiqləyən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər, həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

“Abituriyentin elektron ərizəsi” forması doldurulduqdan sonra ərizələrin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiqləyirlər: Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər; ümumi təhsil müəssisələrini (orta məktəbi) 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər; ilk-peşə ixtisas təhsili müəssisələrini (peşə məktəblərini) 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər; 2012-ci və ondan sonrakı illərdə ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) kolleclərə qəbul olunmaq üçün ərizə verib onu təsdiqlətdirmiş qız abituriyentlər; I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında (11 illik) kolleclərə də ərizə verən abituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-da təsdiqlətdirirlər.

SQK-lar mayın 5-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərəcəklər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiqlətdirirlər.

Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiqlətdirə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra mayın 6-dan 19-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak etməlidirlər.

QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyənləşdirilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə verilib.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Abituriyentlərin nəzərinə

21-05-2015

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

04-09-2015

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

11-08-2009

TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

04-05-2015

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq

10-04-2012

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009

“İmtahana buraxılış vərəqəsi” internetdə

01-07-2010

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20-08-2024

TQDK virtual seminar-məşğələ keçirib

25-04-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə