Previous Next
Bağla

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015 16:27
Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

Mayın 1-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizələrin qəbulu başlayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, proses mayın 31-dək davam edəcək.

 Ərizə təqdim etmək istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex/erize) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə Komissiyanın internet saytında “Abituriyentin elektron ərizəsi” formasına daxil olub və onu doldururlar. Abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrinin təsdiq olunmasını təmin edirlər.

 Orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

 Ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.

 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20-dən iyunun 2-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçirlər. Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

 Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

 Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin bəzi ixtisasları (həmin ixtisaslar “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunacaq) üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.

 Qeyd edək ki, ərizə qəbulu haqqında elan, qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar yaxın günlərdə “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunacaq. (APA)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015
Sabahdan  ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015
Abituriyentlər elektron ərizələrini doldura bilərlər

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013
DİM: Elektron ərizə qəbulu davam edir

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017
Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

21-05-2015
TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

04-05-2015
Elektron ərizə qəbulu sistemi aktivləşib

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017
“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009
Kolleclərə onlayn ixtisas seçimi başladı

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015
Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022
Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019
“İmtahana buraxılış vərəqəsi” internetdə

“İmtahana buraxılış vərəqəsi” internetdə

01-07-2010
 Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015
İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

04-09-2015
Abituriyentlərin “Elektron ərizə”  qəbulu davam edir

Abituriyentlərin “Elektron ərizə” qəbulu davam edir

20-04-2012
TQDK virtual seminar-məşğələ keçirib

TQDK virtual seminar-məşğələ keçirib

25-04-2011
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016
Boş qalan yerlərə elektron qaydada ixtisas seçimi başlayır

Boş qalan yerlərə elektron qaydada ixtisas seçimi başlayır

13-08-2015
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq

10-04-2012
İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015
Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015
Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

11-08-2009
TQDK-nın elektron ərizə qəbulu başa çatıb

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009
 56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə