WhatsOnline ilə WhatsApp agenti ola bilərsiniz

19-12-2015 / 12:03

Son zamanlar WhatsApp tətbiqi ilə əlaqəli üçüncü insanlar tərəfindən hazırlanan fərqli tətbiqlərin gündəmə gəlməsi müzakirə olunur.

Daha çox Android platforması üçün nəzərdə tutulan bu proqramlar biri olan WhatsOnline iOS platformasında da tədbiq oluna bilir. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, WhatsOnline proqramı ilə Android və iOS telefon istifadəçiləri WhatsApp dostlarının onlayn olduğunu izləyə biləcək.

Belə ki, WhatsOnline proqramında izləmək istədiyiniz dostları seçib onların nə vaxt onlayn olduğu barədə bildiriş alırsınız. 

Həmçinin izlədiyiniz insanların gün ərzində hansı saatlarda onlayn olduğunu, gündə neçə saat onlayn olduğunu və gündə neçə dəfə WhatsApp-a daxil olduğunu görə bilərsiniz.

Qeyd edək ki, mobil tətbiq iOS və Android platforması üçün ödənişsizdir. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə