iOS və Android əməliyyat sistemləri üçün hazırlanan yeni proqram Wi-Fi şəbəkəsinə qoşulan cihazlar haqqında bütün məlumatları göstərir.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə Fing adlı proqram sayəsində şəbəkəyə qoşulmuş cihazların MAC adreslərinə qədər bütün məlumatları göstərmək imkanına malikdir.
Əgər şəbəkənizdən tanımadığınız cihaz istifadə edirsə, mütləq MAC adresini qeyd edib, adresdən istifadə edərək cihazın şəbəkəyə qoşulmasının qarşısını ala bilərsiniz.
Proqram bloklama əməliyyatını yerinə yetirməsə də, cihazların MAC adreslerini göstərmək imkanına malikdir.
MAC adresdən istifadə edərək brauzer vasitəsilə modemin parametrlərinə daxil olub bloklama əməliyyatını etmək mümkündür.
Bunun üçün brazuerdə yeni səhifə açıb 192.168.1.1 və ya 192.168.2.1 ünvanlarını yazaraq modemin parametrlərinə daxil olmaq lazımdır.
Modemin istifadəçi adını və şifrəsini daxil edərək parametrlər bölməsinə daxil olursunuz. Bundan sonra şəkildəki kimi bir səhifə açılacaq və burada şəbəkəyə qoşulmuş olan cihazların sayını və MAC adreslerini görəcəksiniz.
Daha sonra İnterface Setup> Wirelles bölməsinə daxil olaraq MAC adreslərin bloklama əməliyyatını yerinə yetirə bilərsiniz.
Öncə MAC address Filter əməliyyatını aktiv edərək tanımadığnız MAC adresləri göstərilən bölmələrdə qeyd edib "Action" bölməsində Deny Association funksiyasını seçməlisiniz.
Beləliklə,qeyd etdiyiniz MAC adresli cihazlar şəbəkənizə qoşula bilməyəcək.
Fing adlı proqramı iOS və Android əməliyyat sistemlərinə yükləyə bilərsiniz.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri