NASDAQ birjası iPhone 8 smartfonunun satışa çıxarıldığı ilk günlərin Apple şirkəti üçün ən gəlirsiz olmasını və yeni modelə tələbatın azalmasının bütün planetdə qeydə alınmasını açıqlayıb.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, son bir neçə ildə ilk dəfə olaraq Apple mağazalarında yeni qurğu üçün uzun növbələr düzülməyib.
Məsələn, Londonda satışın ilk günündə cəmi yeddi nəfər yeni modeli almaq qərarına gəlib. Bundan başqa, Avstraliyada - Sidneydə iPhone 8 əldə etmək istəyənlərin sayı 30 nəfər, Sinqapurda isə 50 nəfər təşkil edib. Satış həcminin aşağı düşməsi səbəbindən Apple şirkətinin kapitallaşma dəyəri pisləşərək 43 milyard azalıb.
Ekspertlərin fikrincə, satışın azalması iPhone 8 smartfonunun əvvəlki modeldən az fərqlənməsi ilə əlaqədardır.
Yeni iPhone X modelinin isə bir neçə ay sonra satışa çıxarılması gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri