LG Innotek şirkəti yeni iPhone smartfonları üçün ön 3D kamera modulunun tədarükünə başlayacaq.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeni kamera sifətin tanınması sistemini dəstəkləyir.
Sifətin tanınması üzrə oxşar sistem Samsung Galaxy S8 smartfonunda qurulub, ancaq ikiölçülü texnologiyadan istifadə edir. Beləliklə, adi şəklin köməyi ilə müdafiə sistemini aldatmaq mümkündür. iPhone smartfonunda üçölçülü texnologiyadan istifadə etmək planlaşdırılır, sözügedən texnologiya daha mükəmməl və dəqiqdir.
Yeni iPhone 2017-ci ilin payızında Apple şirkətinin illik tədbirində təqdim ediləcək. Şayiələrə görə, smartfon piksellər sıxlığı 521 ppi-dən çox olan 5,8 düymlük OLED displeylə təchiz ediləcək. Həmçinin simsiz enerjidoldurma texnologiyası reallaşdırıla bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri