iPhone X bu yaxınlarda satışa çıxarılacaq

27-10-2017 / 11:30

Apple şirkəti çərşənbə günü Bloomberg News resursunda dərc edilmiş məqaləni təkzib edib.

Belə ki,  həmin məqalədə şirkətin iPhone X təchizatçılarına smartfonun satışa çıxarılmasını tezləşdirmək üçün qurğuda Face ID üzün tanınması sisteminin dəqiqliyini azaltmağa icazə verdiyi iddia edilir.

Xeberler.az bildirir ki, Apple şirkəti Reuters agentliyinə göndərdiyi elektron məktubda “Bloomberg-in bizim Face ID-nin dəqiqlik göstəricilərini azaltmağımız barədə olan iddiası tamamilə yalandır”, – deyə bildirib.

Apple öz bəyanatında təsdiq edib ki, iPhone X planlaşdırıldığı kimi, noyabrın 3-də satışa çıxarılacaq. Şirkətdən bildirilib ki, üzün identifikatorunun keyfiyyəti və dəqiqliyi dəyişməyib. Yeni iPhone-un blokdan təsadüfi olaraq çıxması ehtimalı əvvəlki kimi milyonda bir rast gəlinə biləcək hadisədir.

Məlumata görə, 999 dollar dəyərində olan iPhone X flaqman smartfonunun ən çox müzakirə olunan funksiyalarından biri də Face ID sistemidir. Sistem xüsusi alqoritmin köməyilə insanın üzünün riyazi modelini yaradaraq smartfonun ekranına baxmaqla ödəniş etməyə imkan verəcək.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə