Previous Next
Bağla

İREX jurnalistlər üçün qrant müsabiqəsi elan edir

04-06-2012 15:04
İREX jurnalistlər üçün qrant müsabiqəsi elan edir
IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (freelance) jurnalistlər üçün kiçik qrant müsabiqəsi elan edir. Müsabiqə ilə yanaşı jurnalistlərə “Sərbəst jurnalistika sahibkarlıq fəaliyyəti növü kimi” mövzusunda Amerikalı jurnalist Karen Coates’in (http://www.linkedin.com/pub/karen-coates/7/a00/907) iki günlük  təlimi də təqdim olunacaq.
Təlim iyulun 1-ci həftəsində Bakı, Şəki və Mingəçevirdə keçiriləcək (konkret tarix tezliklə bəlli olacaq).
Təlimdə iştirakçılara öz biznes modellərini qurmaq: xəbər istehsalı müəssisəsini yaratmaq və ya bir sərbəst jurnalist kimi reportajını media qurumuna  daha effektiv satmaq üçün nələri bilməlidir mövzusunda məsləhətlər veriləcək.
İştirak etmək  istəyən  jurnalistlər iyunun 15-dək [email protected], [email protected], [email protected]  ünvanlarına aşağıdakı kriteriyalar üzrə  mövzu təklifləri göndərə bilərlər.   
Hər  region üzrə seçilmiş ən yaxşı maksimum üç təklifin hərəsi üçün 500 AZN-ə qədər kiçik qrant (səfər və avadanlıq xərclərini qarşılamaq məqsədilə) ayrılacaq.
Mövzu təklifləri üçün seçim kriteriyaları:
-  Təklif olunan mövzunun xülasəsi (1 səh.);
-   Mövzunun hazırlanması zamanı istifadəsi nəzərdə tutulan mənbələr, nəzərdə tutduğunuz araşdırma metodları, mövzunun işıqlandırılması məqsədilə səfər ediləcək ərazilərin siyahısı;
-   Mövzunun vacibliyinin və çap olunarsa, onun mümkün təsirinin əsaslandırılması  (2-3 abzas);
-   Reportajınız hazır olarsa, onun hansı mətbuat orqanında dərc edəcəksiniz? Nəzərdə tutduğunuz mətbuat orqanlarının siyahısı;
-  Mövzu təklifinin büdcəsi: səfər xərcləri, aşağı qiymətli avadanlığın alınması (flip camera, səsyazma qurğusu, tərcümə xidməti və s.);
-  İndiyə qədər dərc olunan üç reportajınızın nümunəsi (linklər).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008

“Onlayn Media 2014” layihəsinin təlimlərinə start verilir

22-10-2014

Jurnalistlər üçün növbəti təlim layihəsi həyata keçirilir

19-08-2009

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” layihəsi

28-07-2008

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsinin Treninqləri başa çatıb

03-11-2008

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninqlər

28-10-2008

Onlayn media müsabiqəsinin qaliblərini bahalı hədiyyələr gözləyir

15-11-2013

Jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” müsabiqəsi davam edir

11-10-2013

İREX təşkilatı Azərbaycanda onlayn jurnalistika ilə bağlı yeni layihəyə başlayır

09-05-2009

Elektron hökumət quruculuğu mövzusunda yazan Jurnalistlər üçün Treniqlər təşkil olunur

19-11-2012

Media Mərkəzi bir qrup jurnalistin İsveçə səfərini təşkil edir

27-08-2010

IREX- Yeni Media layihəsi çərçivəsində “Məktəb şagirdlərinin tədqiqat” layihəsinə start verir

28-11-2011

“Azercell” şirkəti və ABŞ səfirliyi azərbaycanlı jurnalistlər üçün ingilis dili kursları keçirir

04-02-2009

İsveçə gedəcək jurnalistlərin adı açıqlandı (SİYAHI)

16-09-2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq keçirilib

04-11-2008

“Onlayn Media” Müsabiqəsində yazıların qəbul müddəti uzadılıb

13-11-2013

Növbəti treninq

31-10-2008

Treninqlər davam edir

09-12-2008

Bakıda jurnalistlər və bloggerlər üçün təlim keçiriləcək

06-11-2009

"Onlayn media" yazı Müsabiqəsi davam edir.

28-10-2013

Treninqlər davam edir

30-10-2008

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə