Previous Next
Bağla

Jurnalistlər üçün növbəti təlim layihəsi həyata keçirilir

19-08-2009 13:22
Jurnalistlər üçün növbəti təlim layihəsi həyata keçirilir

IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) Medyaya yardım Layihəsi Amerika Hüquqşünaslar Assosiasiyası (ABA ROLİ) ilə birlikdə Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə jurnalistlər və hüquqşünaslar üçün bir günlük təlim keçir. Təlim “Məhkəməyəqədər proseslərin və məhkəmə işlərinin mediada işıqlandırılması” mövzusunda, Azərbaycan Media Mərkəzində 29 Avqust 2009-cu ildə keçiriləcək.  

Təlimləri təcrübəli dörd mütəxəssis – Hüquqşünaslar İsaxan Aşurov və Ələsgər Məmmədli, habelə, jurnalistika sahəsində tanınmış professor Zeynal Məmmədli və “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova aparacaq.

Təlimlərdə məhkəməyəqədərki və məhkəmə zamanı hüquqi işlərin  Azərbaycan mediasında işıqlandırılması zamanı yaranan problemlərdən, buraxılan səhvlərdən, habelə bunların aradan qaldırılmasından bəhs ediləcək, müxtəlif təcrübələr haqqında bilgi veriləcək. Eyni zamanda auditoriyanın yarısı hüquqşünaslardan, yarısı jurnalistlərdən ibarət olduğu üçün maraqlı müzakirələr, diskussiyalar təşkil ediləcək, interaktivlik təmin olunacaq. Təlimlərdə müxtəlif materiallarla bərabər “Jurnalistin Hüquq Məsləhətçisi” kitabı da pulsuz olaraq iştirakçılara paylanacaq.

Təlimlərdə 40 nəfərin (20 nəfər hüquqşünas, 20 nəfər jurnalist) iştirakı nəzərdə tutulur.

Təlim 2009-cu il Avqust ayının 29-da, şənbə günü saat 10:00-17:00 arasında keçiriləcək. Təlimlərdən sonra iştirakçılara sertifikat təqdim ediləcək.   

Təlim aşağıdakı ünvanda keçiriləcək:
Azərbaycan Media Mərkəzi
Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 218

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün təlimlərin koordinatoru Şahin Abbasovla əlaqə saxlamanız xahiş olunur.( [email protected]  Telefon: 050 225 82 70. )    

Təlimlərdə iştirak etmək istəyən hüquqşünaslar isə qeydiyyat üçün təlimlərin digər koordinatoru Pərviz Abbasovla əlaqə saxlamalıdır. ([email protected]. )

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İREX jurnalistlər üçün qrant müsabiqəsi elan edir

04-06-2012

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

Media Mərkəzi bir qrup jurnalistin İsveçə səfərini təşkil edir

27-08-2010

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

“Onlayn Media 2014” layihəsinin təlimlərinə start verilir

22-10-2014

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlər üçün Təlimlər keçirilir.

24-10-2013

Azərbaycan jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

10-11-2010

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda təlimlər başlayır

23-04-2013

Bakıda jurnalistlər və bloggerlər üçün təlim keçiriləcək

06-11-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 layihəsi çərçivəsində treninqlərə start verilir

28-11-2011

İREX korporativ sosial məsuliyyət üzrə təlim keçirir

26-09-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

NETIZEN Yeni Media təşkilatı ilk podkastinq təlimini keçirdi

22-02-2011

“PodBloq” podkastinq layihəsi çərçivəsində təlim keçiriləcək

10-02-2011

Web jurnalistika təliminin ikinci həftəsinə start verilir

24-08-2009

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi çərçivəsində Təlimlər üçün qeydiyyat başlanıb

16-09-2013

İsveçə gedəcək jurnalistlərin adı açıqlandı (SİYAHI)

16-09-2010

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

12-10-2010

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

“Bloggerlər jurnalistdirmi?” mövzusunda tok-şou keçiriləcək

29-09-2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008

Yeni media və İnternet haqqında təlimlər layihəsi davam edir

08-02-2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq keçirilib

04-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə