İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017 / 15:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib.

Belə ki, cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 faiz, ötən ilin iyul ayına nisbətən isə 21,2 faiz çox olmaqla, 26 435 müraciət qeydə alınıb.

Bu barədə Xeberler.az-aNazirlikdən  məlumat verilib.

“İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan hər hansı vətəndaşa müvafiq hallarda real vaxt rejimində öz iş yerinə dair arayış əldə etmək imkanı verir. İstifadəçi portaldakı elektron arayış sisteminə daxil olduqdan sonra “İş yerinə dair arayış” e-xidmətini seçir.

Bundan sonra istər ümumi təyinatlı, istərsə də konkret bir təşkilata təqdim etmək üçün, eyni zamanda istəyinə uyğun olaraq əmək haqqı göstərilməklə və ya göstərilmədən həmin arayışı əldə edir. Bu arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, yaxud çap edərək kağız şəklində təqdim etmək də mümkündür. Bununla da qeyd olunan sənədin alınmasından ötrü vaxt sərf edərək işəgötürənə müraciət etməyə ehtiyac qalmır.

“E-hökumət” portalının “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” xidməti isə arayışın təqdim edildiyi hər hansı quruma onun düzgünlüyünü, etibarlılığını yoxlamağa imkan verir.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti həmin vaxtdan da portalın elektron arayış sistemində mühüm yer tutub. Ötən dövrdə 622,3 mindən çox müraciətin qeydə alındığı “İş yerinə dair arayış” e-xidməti bu göstərici ilə elektron arayış sistemində müraciətlərin sayına görə ilk yerdədir. 17 növdə e-xidmətin göstərildiyi e-arayış sisteminə bu günə qədər müraciətlərin 48,7 faizi “İş yerinə dair arayış” e-xidmətinə yönəlib. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə