“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017 / 10:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə göstəricisi  artmaqda davam edir.

Cari ilin aprel ayında vətəndaşlar bu e-xidmətə ötən ilin aprel ayı (13 739) ilə müqayisədə isə 68,2 faiz çox olmaqla, 23 115 dəfə müraciət ediblər.

Ümumilikdə cari ilin yanvar-aprel aylarında “İş yerinə dair arayış” e-xidmətinə 87 039 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz çoxdur.

Bu barədə Xeberler.az-a nazirlikdən məlumat verilib.

Elektron arayış sistemində aktuallığı ilə seçilən “İş yerinə dair arayış” e-xidməti istifadəçiyə onlayn rejimdə öz iş yerinə dair arayış əldə etməyə imkan verir və artıq bunun üçün vətəndaşın əmək fəaliyyətində olduğu müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə ehtiyac qalmır.

Ondan istifadə qaydası da çox sadədir. Belə ki, istifadəçi “E-hökumət” portalında autenfikasiyadan keçdikdən sonra “İş yerinə dair arayış” e-xidmətini seçir və bundan sonra portal tərəfindən avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edə bilir. Arayışı çap edərək kağız şəklində  və ya elektron qaydada arayış tələb olunan təşkilata göndərmək olar.

 “İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından fəaliyyət göstərir və cari ilin 01 may tarixinə qədər bu e-xidmətə 539 910  dəfə müraciət olunub.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə