Previous Next
Bağla

İslahat İcmalı-nın xüsusi buraxılışı elektron satınalma modelinin tətbiqinə həsr olunub

05-02-2019 10:12
İslahat İcmalı-nın xüsusi buraxılışı elektron satınalma modelinin tətbiqinə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı ölkədə yeni elektron satınalma modelinə keçidin tətbiqinə həsr olunub.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar imzaladığı Fərmanın icrasına əsasən dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub.

Yeni elektron satınalma modelinə keçid dövlət satınalmalarının həyata keçirilməsi zamanı tətbiq edilən qaydalar bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır. Elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portal vasitəsilə onlayn həyata keçiriləcəkdir. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunmaqla dövlət xərclərinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edəcəkdir.

Eyni zamanda yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır. Dəyişikliyə əsasən tender təklifinin təminatı 1-5%-dən 1%-ə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən 1 bank gününədək azaldılıb. Bütövlükdə dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. “İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2019/fevral/DB_2019_Satinalmalar.pdf 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18-01-2019
Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019
Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019
Video icmal dövlət satınalmaları üzrə vahid internet portala həsr olunub

Video icmal dövlət satınalmaları üzrə vahid internet portala həsr olunub

01-03-2019
Sahibkarların işi asanlaşdı-Yenilik

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023
İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019
İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

07-02-2019
Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

30-04-2025
İslahat İcmalı elektron məhkəmə islahatlarına həsr olunub

İslahat İcmalı elektron məhkəmə islahatlarına həsr olunub

13-02-2019
Dövlət satınalmalarının vahid internet portalında profilaktik tədbirlər aparılacaq

Dövlət satınalmalarının vahid internet portalında profilaktik tədbirlər aparılacaq

12-08-2020
Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019
AİB RİNN və AZCON tabeli qurumlarının əməkdaşları üçün tədbir keçirib

AİB RİNN və AZCON tabeli qurumlarının əməkdaşları üçün tədbir keçirib

31-10-2025
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

25-02-2019
“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq

03-09-2021
Azexport portalının xüsusi buraxılışı nəşr olundu

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019
Azərbaycanda elektron satınalmaların həcmi artıb

Azərbaycanda elektron satınalmaların həcmi artıb

25-08-2025
"Bakı Telefon Rabitəsi" MMC tender elan edir

"Bakı Telefon Rabitəsi" MMC tender elan edir

08-07-2020
İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

09-01-2024
Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

19-12-2024
Ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

Ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

17-02-2026
Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026
Azərkosmos ASC ehtiyat hissələri alır

Azərkosmos ASC ehtiyat hissələri alır

29-11-2018
Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

16-11-2018
Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə