Previous Next
Bağla

Azərbaycanda elektron satınalmaların həcmi artıb

25-08-2025 12:23
Azərbaycanda elektron satınalmaların həcmi artıb

Bu ilin I yarımilində elektron satınalmaların həcmi 1 632,7 milyon manat təşkil edib.

Xeberler.az məlumat verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Ötən ilin müvafiq dövrü (1.455,7 mln. manat) ilə müqayisədə 12,2% artım qeydə alınıb. Müsbət dinamika dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi, təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət imkanlarının artması ilə bağlıdır.

Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6% artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələr dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına təmin edilib.

Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 2,8% artıb, o cümlədən açıq tender metodu üzrə 7,5% artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4) təşkil edib. Çoxiştirakçılığın təmin edilməsi satınalma proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir.

Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərin çevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb.

Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib. Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsi məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin “E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldə olunması üçün Agentlik tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.

Bundan əlavə, portalda satınalma komissiyası tərəfindən şərtlər toplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərə alınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiş təkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidən yaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistem daxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçid imkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavə edilməklə təkmilləşdirmələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron satınalmaların ümumi məbləği 3 dəfədən çox artıb

25-12-2024

Ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

17-02-2026

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ artıb

23-12-2024

Azərbaycanda elektron satınalmaların həcmi 19 artıb

12-09-2023

On ayda 18 minə yaxın elektron satınalma keçirilib

28-11-2024

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 14 faiz artıb

20-04-2026

Elektron satınalmaların ümumi satınalmalarda payı açıqlanıb

31-01-2023

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunan müraciətlərin sayı 2 dəfəyədək artıb

08-10-2024

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023

Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

19-12-2024

Rabitə xidmətlərinin gəlirləri artıb

14-08-2019

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

Azərbaycanda bütün dövlət satınalmaları elektronlaşdırılacaq

31-01-2023

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18-01-2019

Dövlət Xidməti dövlət satınalmalarında qanun pozuntusu ilə bağlı Baş Prokurorluğa müraciət edib

05-07-2022

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019

Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə