Previous Next
Bağla

Video icmal dövlət satınalmaları üzrə vahid internet portala həsr olunub

01-03-2019 14:25
Video icmal dövlət satınalmaları üzrə vahid internet portala həsr olunub

İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı“ Video icmal” dövlət satınalmaları üzrə yeni təqdim olunan vahid internet portalının fəaliyyətinə həsr olunub.

Xeberler.az  bildirir ki, vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil edilməsi, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaqdır. Tətbiq edilən dəyişikliklərə əsasən satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmayaraq satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklik edildikdən sonra 5 bank günü ərzində məlumat, bu dəyişiklikliyə səbəb olan hüquqi əsas ilə birlikdə portalda təqdim edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5% aralığında deyil, 1 faizi məbləğində müəyyənləşdirəcək. Tender komissiyası isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də, malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaqdır.

Əlavə olaraq, mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin dövlət satınalmalarında iştriakı üçün daha əlverişli imkanların yaradılması istiqamətində daha bir yenilik ondan ibarətdir ki, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək. Onu da vurğulamaq lazımdır ki, son dəyişikliklərə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ona qədər olan malların satın alınması KOS subyektlərinin elektron satınalmada iştirakı vasitəsilə təmin olunacaq. “Video İcmal” bu linklər vasitəsi ilə tanış olmaq olar:

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

İslahat İcmalı-nın xüsusi buraxılışı elektron satınalma modelinin tətbiqinə həsr olunub

05-02-2019

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18-01-2019

Beynəlxalq Bank İT üzrə açıq tender elan edib

29-05-2017

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avadanlığın alınması məqsədi ilə tender elan edib

08-10-2009

Azərbaycan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tender keçirir

18-08-2009

Azərkosmos ASC ehtiyat hissələri alır

29-11-2018

Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

16-11-2018

Beynəlxalq Bank yeni İT avadanlıq alır

10-11-2017

"Bakı Telefon Rabitəsi" MMC tender elan edir

08-07-2020

Azərkosmos ASC auditor axtarır – TENDER ELANI

16-10-2018

Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

30-04-2025

Azərbaycan Vergilər Nazirliyi kompüterlərin alınmasına dair tender keçirir

29-01-2009

“Elektron lisenziya” portalının yaradılması üçün açıq tender keçirilir

29-06-2016

“Azerspace-2” peykinin yerüstü avadanlıqların satınalınması”na dair tender keçirilir

04-03-2015

Azərbaycanda elektron satınalmaların həcmi artıb

25-08-2025

“AzInTelecom” tender elan edir

25-10-2021

Azİntelecom DATA mərkəzinin alınması üçün tender elan edib

28-06-2016

Dövlət Gömrük Komitəsinin İT avadanlıq və proqram təminatı ilə təchiz edilməsi üçün tender keçirilir

27-10-2009

Azərbaycan Vergilər Nazirliyi poliqrafiya məhsulları ilə bağlı tender keçirir

23-12-2009

Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

13-02-2023

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq

03-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə