Previous Next
Bağla

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019 12:39
Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

Martın 1-də dövlət satınalmaları üzrə vahid internet portalı təqdim edilib.

Xeberler.az  bildirir ki, portalın təqdimatı İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM), “Elektron Hökümətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il dekabrın 28-də imzaladığı Fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub. Bu Fərmandan irəli gələn məsələlərin effektiv və vaxtında icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2019-cu il yanvarın 10-da Sərəncam imzalanıb. Sərəncamla dövlət satınalmaları üzrə yeni mexanizmin tətbiqi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Belə ki, Fərmanın icrası üzrə vahid internet portalı yaradılıb, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələri hazırlanıb, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub.

“Vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil edilməsi, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaq. Tətbiq edilən dəyişikliklərə əsasən, satınalan təşkilat cari ilin oktyabrın 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmayaraq satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklik edildikdən sonra 5 bank günü ərzində məlumat, bu dəyişikliyə səbəb olan hüquqi əsas ilə birlikdə portalda təqdim edilməlidir”, - deyə V.Qasımlı bildirib.

Qeyd olunub ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5 faiz aralığında deyil, 1 faizi məbləğində müəyyəmləşdirəcək. Tender komissiyasə isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də, malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaq.

Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin direktoru Fariz Cəfərov dövlət satınalmaları üzrə vahid internet portalının təqdimatını edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18-01-2019

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

Video icmal dövlət satınalmaları üzrə vahid internet portala həsr olunub

01-03-2019

İslahat İcmalı-nın xüsusi buraxılışı elektron satınalma modelinin tətbiqinə həsr olunub

05-02-2019

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq

03-09-2021

"Bakı Telefon Rabitəsi" MMC tender elan edir

08-07-2020

“Dövlət satınalmaları haqqında” maarifləndirmə seminarı keçiriləcək

13-12-2024

Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

19-12-2024

Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

30-04-2025

Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

13-02-2023

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026

Azərbaycanda bütün dövlət satınalmaları elektronlaşdırılacaq

31-01-2023

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023

Azərkosmos ASC ehtiyat hissələri alır

29-11-2018

Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

16-11-2018

Azərkosmos ASC auditor axtarır – TENDER ELANI

16-10-2018

Azərbaycanda elektron satınalmaların həcmi artıb

25-08-2025

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

09-01-2024

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə