Previous Next
Bağla

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019 11:23
Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə aparılan biznes islahatlarının kommunikasiya prosesi davam edib. Bu dəfə beynəlxalq qurumlar və eləcə də qeyri hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi hazırlanan təqdimat zamanı dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə sahəsində aparılan iqtisadi islahatlar barədə məlumatlar verilib.

Xeberler.az  bildirir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ”Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, onun rəqabət qabiliyyətinin artırılması, eləcə də özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci ilin dekabr ayının sonunda əsaslı biznes islahatları həyata keçirilib”.

“Biznes İslahatları” mövzusunda keçirilən təqdimat zamanı dövlət satınalmaları üzrə qanunvericiliyə edilən son dəyişiklər iştirakçıların diqqətinə çatdırılmaqla, vahid internet portalının yaradılması, elektron satınalma modelinə keçid təmin edilməklə proseslərin sadələşdirilməsi, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qərarların elektron qaydada verilməsi ilə müddətin 3 bank günündən 1 bank gününədək azaldıldığı bildirilib. Bundan başqa, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə yeni Qaydanın tətbiq edilməsi nəticəsində “Bir Pəncərə” prinsipi əsasında icazələrin alınması ilə bağlı daha operativ və səmərəli imkanlar yaradılıb. Belə ki, ümumi prosedurların sayı 18 prosedurdan 7 prosedura, günlərin sayı isə 116 gündən 38 günə qədər azaldılması haqqında məlumat verilib.

Həmçinin, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə həyata keçirilən islahat tədbiri nəticəsində biznesə başlama üçün sahibkarlar üçün yalnız vahid platformadan, bir prosedurla, bir gün ərzində qeydiyyat imkanı yaradılıb. “Mülki Prosesual Məcəllə” yə və digər müvafiq normativ hüquqi aktlara edilmiş dəyişikliklər nəticəsində məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da sadələşdirilib. Eləcə də, vəkillərin istifadəsi üçün elektron iş idarəedilməsi sistemi üzrə hüquqi baza və inzibatçılıq daha da yaxşılaşdırılıb, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması imkanları artırılıb. Beynəlxalq qurumlar və qeyri hökumət təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulan təqdimatlar Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əməkdaşlıq şəraitində hazırlanıb. Gözlənilir ki, Azərbaycan bu ildə “Doing Business” hesabatında irəliləyəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019

İslahat İcmalı-nın xüsusi buraxılışı elektron satınalma modelinin tətbiqinə həsr olunub

05-02-2019

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18-01-2019

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

Tikintiyə və istismara elektron icazələr sistemi haqda onlayn seminar keçirildi

10-07-2020

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016

“Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib

25-02-2023

İslahat İcmalı elektron məhkəmə islahatlarına həsr olunub

13-02-2019

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb

20-05-2019

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə