“İsraillə Azərbaycan kosmik sahədə problemləri aradan qaldıracaq”

07-07-2015 / 22:07

“Azərbaycana ilk dəfə uzun illər əvvəl - tələbə olanda gəlmişəm. O zaman xalqınızın mehribanlığına və qonaqpərvərliyinə heyran qaldım. Bu, Bakıya ikinci səfərimdir. Təbii ki, şəhəriniz çox dəyişib, gözəlləşib. İnsanlar isə əvvəlki kimi mehriban, gülərüzdürlər. Azərbaycan tolerantlıq nümunəsidir deyəndə səhv etmirlər”.

Xeberler.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək" mövzusunda beynəlxalq konfransın iştirakçısı, İsrail Kosmik Şüalar və Kosmik Hava Mərkəzinin nümayəndəsi, professor Lev Dorman söyləyib.

Alim bildirib ki, Azərbaycan ilə İsrail bir çox sahələrdə olduğu kimi kosmik hava tədqiqatları sahəsində də uğurla əməkdaşlıq edir. L.Dorman deyib: “Bu gün kosmik problemlər qlobal xarakter alıb. İnanıram ki, Azərbaycan ilə İsrailin bu sahədə əməkdaşlığı bir çox problemlərin həllinə öz töhfəsini verəcək”.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.