Previous Next
Bağla

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019 18:19
ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin görüşü keçirilib.

Xeberler.az bildirir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanda təşkil ediləcək Zirvə Toplantısından öncə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan rəsmiləri İKT sahəsində hazırkı vəziyyəti müzakirə ediblər.

Eyni zamanda, İKT-nin müvafiq istiqamətləri üzrə gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Sərgidə ölkəmiz Milli Pavilyonla iştirak edir. Pavilyonda Azərbaycanda İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.
“AzInTelecom” MMC-nin DATA Mərkəzi nəzdində “Azcloud” bulud provayderi tərəfindən sərgidə bir sıra bulud həlləri təqdim olunub. Ziyarətçilərə “proqram təminatı xidmət kimi” modeli ilə “TrendMicro”, “Deep Security” təhlükəsizlik həlləri və “VEEAM” nəzdində rezervlənmə xidməti kimi məhsullar haqqında ətraflı məlumat
verilib.

Sərgidə iştirak edən gənc proqramçılar “AzInTelecom” MMC-nin sosial yönümlü “Azcloud Hackathon” layihəsi haqqında məlumatlandırılıb. Onlar 2020-ci ilin 3-cü rübündə Bakıda keçiriləcək “Azcloud Hachathon 2020” yarışmasına dəvət olunublar.
İnnovasiyalar Agentliyi sərgiyə dörd startapla qatılıb. “Virtual cərrahiyyə”, “Kuleko”,
“Wexplain”, “Vriendly” startapları Azərbaycanın Milli Pavilyonunda nümayiş etdirilir.
Həmçinin bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global
SME Award) yarışmasına da qatılıb.

İnnovasiyalar Agentliyi sərgi iştirakçılarını həm də öz fəaliyyəti, qrantlar, mübadilə
proqramları, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi, regionlarda aparılan iş,
eləcə də uğurlu startaplar və layihələr haqqında ətraflı məlumatlandırır.

Sərgidə xarici şirkətlər ilə əməkdaşlıq imkanları, xarici startapların, layihələrin və
investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkanlar və prosedurlar barədə müzakirələr aparılır. Beynəlxalq sərgidə Məlumat Hesablama Mərkəzi də öz layihələrini ziyarətçilərə təqdim edir. MHM-in stendi sərgi iştirakçıları tərəfindən yüksək maraqla qarşılanır. Stenddə nümayiş etdirilən məhsullar haqqında daha ətraflı məlumat çatdırmaq üçün ziyarətçilərə ingilis dilində kataloqlar da təqdim edilir.

Tədbir çərçivəsində ölkəmizin milli telekommunikasiya operatoru olan “Aztelekom”la
bir sıra beynəlxalq operatorlar arasında əməkdaşlıq barədə fikir mübadiləsi keçirilir.
Eyni zamanda regionlarda yeni texnologiyaların tətbiqi üzrə vendor şirkətləri ilə
danışıqlar aparılır, təqdimatlar keçirilir.

Ölkəmizin Milli Pavilyonunda “Azercell” şirkəti də stendlə təmsil olunub. “Azercell”
sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, “4G”
şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də
biznes qurumları və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ
xidmətləri ilə tanış edir.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Azercell TİBO-2019 beynəlxalq sərgi-forumuna qatılıb

12-04-2019

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

20-05-2016

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019

Azərbaycan rəsmiləri beynəlxalq telekommunikasiya sərgisində

18-03-2015

Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

09-04-2019

Azərbaycan beynəlxalq İT forumda təmsil edilir

16-05-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə