Previous Next
Bağla

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019 10:30
Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir.

Xeberler.az məlumat verir ki, tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunur. İnnovasiyalar Agentliyi sərgiyə dəstəklədiyi 4 startapla – “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”, “Vriendly” ilə qatılıb.

Bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award)
yarışmasına qatılıb və müsbət rəy alıblar. Sərgidə xarici şirkətlərlə əməkdaşlıq imkanları, xarici startapların, layihə və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkan və prosedurlar barədə müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbir çərçivəsində keçirilən nazirlər toplantısında çıxış edib. O, həm şirkət, həm İTU, həm də başqa dövlətlərin rəsmiləri ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Baş Katibi Haulin Zao Azərbaycanın Milli Pavilyonuna baş çəkib. O, Azərbaycan startaplarının sərgilədiyi məhsulları maraqla qarşılayıb. H.Zaoya ölkəmizlə bağlı hədiyyə də təqdim olunub.

İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli “Kiçik və orta müəssisələrə, innovasiyalara texnoloji dəstək” mövzusunda İTU üzvü ölkələr arasında birgə müzakirə sessiyasında iştirak edib. O, İTU- nun Strateji Planlama Departamentinin şöbə müdiri Yushi Torigoe və Mərkəzi Avropa Fondunun direktoru Devid Keresztes ilə görüşüb.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” devizi altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətini yüksəltmək məqsədilə hökumət və təşkilatlararası əməkdaşlığı genişləndirməkdir.

Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

30-04-2021

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

“ITU Telecom World 2016” davam edir-Fotolar

15-11-2016

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

14-07-2009

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

13-08-2009

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

“ITU Telecom World 2015” sərgisi başa çatdı - Fotolar

16-10-2015

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Haulin Zao startapçılarımızla görüşüb-Foto

29-11-2016

BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

28-11-2016

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə