Previous Next
Bağla

Jurnalistin ölümü dövlət tərəfindən nəzarətə götürüldü

09-08-2015 14:53
Jurnalistin ölümü dövlət tərəfindən nəzarətə götürüldü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi jurnalist Rasim Əliyevin ölümü barədə birgə məlumat yayıb.

Xeberler.az bildirir ki, məlumata əsasən, avqustun 8-də saat 18.00 radələrində Bakı sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə əlaqədar açıqlama verib.

Əli Həsənov jurnalistin vəfatı ilə bağlı məsələlər respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürüldüyünü və ciddi araşdırıldığını bildirib: 

“Hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.

Qeyd edək ki, jurnalist Rasim Əliyev  "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirmişdi. Futbolçu isə açıqlamasında bu iddiaların əsassız olduğunu açıqlamışdı. 

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı 6 nəfər həbs olunub

11-08-2015

Bakıdakı dəhşətli yanğınla bağlı rəsmi açıqlama

19-05-2015

Baş Prokurorluqdan Əli Abbasova cinayət işi açılması ilə bağlı açıqlama

16-11-2016

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

“Baş verən hadisə söz və məlumat azadlığına, KİV-in müstəqil fəaliyyətinə təhlükə və təhdiddir”

10-08-2015

Odnoklasniki ölümə səbəb oldu

03-08-2010

Telekommunikasiya Qovşaq rəisinin ölümü ilə bağlı cinayət işi açılıb

26-09-2015

Telefonlarda uşaq pornoqrafiyası yayan

28-06-2008

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023

MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

25-11-2015

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

03-07-2018

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi təyin edilib

23-02-2015

Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

03-06-2022

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015

Şirvanda silah zavodunda partlayış olub-Yenilənib

26-07-2016

Blogerlərlə bağlı yeni ittiham irəli sürülüb

24-08-2009

Prokurorluq əməkdaşlarına süni intellektlə bağlı tapşırıqlar verilib

15-05-2025

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

28-01-2026

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019

Teleradio İstehsalat Birliyinin əməkdaşları həbs edilib

09-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə