Previous Next
Bağla

Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

03-06-2022 17:58
Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

03.06.2022-ci il tarixdə “Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və tam yeni “Elektron cinayət xəritəsi” proqramının Baş Prokurorluğun Binəqədi rayonundakı yeni inzibati binasında təqdimatı keçirilib.
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov tədbiri giriş nitqi ilə açaraq prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.
İdarənin mühəndis-proqramçıları tərəfindən proqramların funksiyaları barədə geniş izah verilib.
Xeberler.az bildirir ki, “Elektron cinayət işi” proqramı Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış ən funksional proqram olmaqla, ilkin araşdırma və ibtidai istintaqa cəlb edilmiş əməkdaşların işinin daha da asanlaşdırılması və səhvlərə yol verilməsinin qarşısının alınması məqsədilə əvvəlki proqram təminatının iş təcrübəsi və çatışmazlıqları, habelə daxil olmuş təklifləri nəzərə alınmaqla yaradılmışdır. Yeni proqram modul arxitekturası əsasında yazılmış, proqramın yaradılması zamanı elektron imza sertifikatlarının, FİN və QR kodlarının geniş istifadəsi nəzərə alınmış, “Elektron prokurorluq” və “Elektron məhkəmə” informasiya sistemlərinə, “Elektron hökumət” və digər dövlət portallarına qoşulma imkanları yaradılmışdır. 
Proqram, ilkin araşdırma və ibtidai istintaqı əhatə edərək, işlər üzrə proses iştirakçıların anket məlumatlarını, törədilmiş cinayət əməlinin tövsifini, fabulasını, iştirakçılığı, məhkumluqları, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, prosesin digər iştirakçılarını, ilkin araşdırmanı və ibtidai istintaqı aparan şəxs barədə məlumatları, keçirilmiş ekspertiza nəticələrini və digər əhəmiyyətli parametrləri nəzərə almaqla iş üzrə ətraflı arayış hazırlamaq imkanına malikdir. Proqram çoxsaylı parametr üzrə daxil edilmiş məlumatları nəzərə almaqla lazımi hesabatların çıxarılmasına imkan verir. Proqramda həmçinin istintaqçıların və prosessual rəhbərlərin fəaliyyətinə rəhbər heyət tərəfindən nəzarətin həyata keçirilməsi nəzərə alınmışdır.
Tam yeni yazılmış və ölkənin İT təcrübəsində analoqu olmayan “Cinayət xəritəsi” proqramı vasitəsilə yaradılmış elektron xəritədə cinayətlərin baş verdiyi yerlərinin dəqiq koordinatları, törədilmə vaxtı, cinayəti törətmiş və zərərçəkən şəxslərə, cinayət işinin başlandığı maddəyə dair məlumatların, hadisə yerinin fotoşəkillərinin əks olunması nəzərdə tutulmuşdur. Göstərilən məlumatlar illərə, aylara, ərazilərə, maddələrə, cinayətkarın və cinayətin qurbanının yaş həddinə, cinsinə və digər xüsusatlar üzrə axtarış nəticəsinə əsasən əhəmiyyət kəsb edən cinayət hadisələrini elektron xəritədə göstərir.
Tədbirdə ölkədə istintaq aparan qurumlarının istintaq və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən nümayəndələri iştirak edib, təqdimat üzrə fikir mübadiləsi aparılmaqla, qeyd edilən proqramlarının həmin orqanlarında istifadə imkanları müzakirə edilmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik “Elektron cinayət işi” informasiya sistemi hazırlayıb

04-11-2016

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

Elektron İttiham proqramının təqdimatı keçirilib

25-09-2019

Şəxsi məlumatların ələ keçirilməsi şikayətinə 24 saat ərzində baxılacaq

13-05-2025

“Elektron cinayət işi” sistemi təqdim edilib-Foto

10-11-2016

“Elektron prokurorluq” informasiya sisteminin iki yeni modulu istifadəyə verilib

02-04-2024

Baş Prokurorluqdan Əli Abbasova cinayət işi açılması ilə bağlı açıqlama

16-11-2016

Telefonlarda uşaq pornoqrafiyası yayan

28-06-2008

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

Telekommunikasiya Qovşaq rəisinin ölümü ilə bağlı cinayət işi açılıb

26-09-2015

Baş Prokuror “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” adlı mühazirə oxuyub

18-04-2025

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

27-08-2025

Azərbaycanda elektron cinayət təqibi ilə bağlı məsələlər müzakirə edilib

01-03-2024

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

Teleradio İstehsalat Birliyinin əməkdaşları həbs edilib

09-12-2010

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

23-06-2022

"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

28-01-2026

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

23-09-2022

Odnoklasniki ölümə səbəb oldu

03-08-2010

Prokurorluq əməkdaşlarına süni intellektlə bağlı tapşırıqlar verilib

15-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə