Previous Next
Bağla

Şirvanda silah zavodunda partlayış olub-Yenilənib

26-07-2016 17:20
Şirvanda  silah zavodunda partlayış olub-Yenilənib

Şirvan şəhərində Araz zavodunda partlayış olub. 

Əldə etdiyimiz məlumata görə, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb, hazırda güclü yanğın davam edir.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin Üfüq İstehsalat Birliyininin nəzdindədir.

Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.

İcra başçısının köməkçisi Vasif Əliyev AzVision.az-a bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

***

Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki partlayışla bağlı məlumat yayıb.

 Nazirliyin mətbuat xidmətindən  Xeberler.az-a verilən məlumata görə, hadisə iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz zavodunda hadisə baş verib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.

Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın.

***

Səhiyyə Nazirliyindən Şirvandakı partlayışla bağlı yeni açıqlama verilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Şirvan şəhərində baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələri səfərbər olunub. 

Əlavə olaraq hadisə yerinə Bakıdan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir. 

Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.

Nazirlikdən bildirilib ki, yaralıların sayının nə qədər olması barədə onlarda məlumat yoxdur. 

Qeyd edilib ki, çoxlu sayda təcili tibbi yardım maşını hazırda hadisə yerindədir, yaralılar xəstəxanaya yerləşdirilir.

***

Müdafiə Sənayesi Nazirliyi hadisənin baş vermə səbəbi ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz”  zavodunda hadisə baş vermişdir.

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı  məlumatlar araşdırmalardan sonra veriləcək.

***

İyulun 26-da  Müdafiə Sənayesi Nazirliyinin  Şirvan Araz zavodunda baş vermiş hadisə nəticəsində zavodun iki  əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı  dünyalarını  dəyişib.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şirvandakı yanğın yerinə helikopter cəlb edildi

26-07-2016

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyini yeni rabitə vasitələri ilə təchiz edəcək

26-09-2018

Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

17-12-2016

Bakıdakı dəhşətli yanğınla bağlı rəsmi açıqlama

19-05-2015

Moskvaya dron hücumu olub

24-07-2023

Müdafiə Sənayesi Nazirliyinin İT Şöbəsinə yeni müdir təyin edilib

02-08-2019

Azercell bədbəxt hadisə ilə bağlı açıqlama yaydı

29-03-2018

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən jest

08-02-2011

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində Qaynar xətt yaradılıb

07-04-2016

Bloqqerlərin növbəti məhkəmə prosesi keçirilib

07-10-2009

Pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində işlər davam edir

16-05-2016

DİN: Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb

04-08-2023

BANM-da DEFAGE Bootcamp haqqında infosessiya keçiriləcək

09-04-2025

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Müdafiə Nazirliyi Facebook istifadəçilərinə müraciət edib

07-04-2016

“Baş verən hadisə söz və məlumat azadlığına, KİV-in müstəqil fəaliyyətinə təhlükə və təhdiddir”

10-08-2015

Virtual dünyanın qurbanı oldu

01-11-2010

Yüksək Texnologiyalar Parkı Türkiyə üçün yardım kampaniyasına qoşulub

16-02-2023

Ermənistandakı “Nvidia” infrastrukturundan istifadəçi məlumatları sızdırılıb

12-05-2026

Bakinskaya–3 gəmisi təhlükə ilə üzləşən balıqçıların axtarışına çıxıb

08-11-2018

Ticarət mərkəzinin rəhbərliyi qaydalara əməl etməyib - Açıqlama

26-03-2019

İş yerindəki bədbəxt hadisələrlə bağlı elektron xidmət istifadəyə verildi

25-08-2016

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə