Bu gün Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Layihə çərçivəsində keçirilən Treninqləri başa vuran 52 nəfər jurnalistə Sertifikatlar təqdim olunub.
Tədbirdə həmçinin Layihə çərçivəsində hazırlanan “Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı təqdim olunub.
Təqdimat mərasimində BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Xəzər TV-nin əməkdaşı, professor Qulu Məhərrəmli, İREX - Medianın nümayəndəsi Ələsgər Məmmədli, TURAN Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun dosenti Zaur Babayev, Sahil İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Vahid Qasımov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova , Kitab Klubunun əməkdaşı Fazil Kərimov, Xeberler.az İnternet Portalının redaktoru Ellada Mustafayeva və digərləri çıxış ediblər. Onlar Sertifikat alanlara uğurlar arzulayıb və kitabın ölkədə İnformasiya Cəmiyyəti quruculuğunda müsbət rol oynayacağını bildiriblər.
Təqdimat mərasimində Medianın, Vətəndaş Cəmiyyəti subyektlərinin, İKT ictimaiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Daha geniş məlumat www.cit.az saytında yerləşdirilib.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət